Sorğu: Aİ-yə üzv dövlətlərin vətəndaşları hələ də Ukraynanı və onun qaçqınlarını dəstəkləməyə və Rusiya qazı və neftindən imtina etməyə hazırdırlar
İyunun 15-də Aİ-yə üzv olan bütün dövlətlərdə aparılan “Eurobarometer” sorğusunun növbəti nəticələri dərc olunub. Sorğu göstərir ki, Avropalıların əksəriyyəti Aİ-nin Rusiyanın Ukraynaya qarşı təcavüzü ilə bağlı gördüyü tədbirləri dəstəkləyir.
Bu “Xüsusi Eurobarometer” 526 – “Dövrümüzün əsas çağırışları – 2022-ci ildə Aİ” adlı sorğu 19 aprel və 16 may 2022-ci il tarixləri arasında 27 Aİ-yə üzv dövlətdə üzbəüz və onlayn müsahibələr vasitəsilə aparılmışdır. Sorğunun nəticələri göstərir ki, avropalıların əksəriyyəti (59%) Aİ-nin Rusiyanın Ukraynaya təcavüzü ilə əlaqədar atdığı addımları və yaşadıqları ölkənin hökumətinin gördüyü tədbirlərdən (57%) razıdırlar.
Respondentlərin çoxu (93%) humanitar tədbirləri dəstəkləyir və Ukraynalı qaçqınlara Aİ ölkələrində sığınacaq verilməsinə (91%) müsbət yanaşırlar. “Eurobarometer” sorğusunun nəticələrinə əsasən, avropalıların 80%-i Rusiya hökumətinə, şirkətlərinə və fiziki şəxslərinə qarşı tətbiq olunan iqtisadi sanksiyaları, 70%-i isə Ukraynaya hərbi texnikanın tədarükü və çatdırılmasının maliyyələşdirilməsini dəstəkləyir. Avropa vətəndaşları kütləvi şəkildə ümumi təhlükəsizlik və müdafiə siyasətini dəstəkləyir (81%) və Aİ-dən Rusiyanın enerji mənbələrindən asılılığı tədricən azaltmağını gözləyirlər (87%).
Daha çox öyrən
ÇOX OXUYUR
[popular_posts columns_xl=”4″ columns_l=”4″ columns_m=”3″]