Skip to main content
Sanksiyaya məruz qalan rusların 30 milyard dollardan çox aktivləri dondurulub
[featured_image_copyright]
İyul 1, 2022

Sanksiyaya məruz qalan rusların 30 milyard dollardan çox aktivləri dondurulub


“Rusiyanın elitası, səlahiyyətli şəxsləri və oliqarxları” üzrə operativ işçi qrupu (REPO) sanksiyaya məruz qalan rusların 30 milyard dollardan çox aktivlərini bloklayıb və ya dondurub. Bundan əlavə, REPO sanksiya siyahısında olan fiziki şəxslərə məxsus qiymətli malların dondurulmasına və ya müsadirə edilməsinə, eləcə də onların beynəlxalq maliyyə sisteminə çıxışını əhəmiyyətli dərəcədə məhdudlaşdırılmasına nail olub.

İşçi qrupu Rusiyanın Ukraynaya qarşı təcavüzünü dəstəkləyən bəzi şəxslərə və qurumlara sanksiyaların təsirini maksimum dərəcədə artırmaq məqsədilə bu ilin aprelində yaradılıb. REPO çərçivəsində Aİ G7 ölkələri (Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, Böyük Britaniya və ABŞ, həmçinin Avstraliya) ilə birlikdə işləyir.

Yaxın və geniş milli və beynəlxalq koordinasiya və əməkdaşlıq sayəsində REPO üzvləri aşağıdakılara nail olublar:

  • Rusiyanın maliyyə hesabları və iqtisadi resurslarında sanksiyalara məruz qalan 30 milyard dollardan çox aktivləri bloklanıb və ya dondurulub.
  • Rusiya Mərkəzi Bankının təxminən 300 milyard dollarlıq aktivləri dondurulub.
  • Amadea, Tango, Amore Vero, Rahil və Phi yaxtaları daxil olmaqla, sanksiyaya məruz qalan ruslara məxsus, onların mülkiyyətində və ya nəzarətində olan yaxta və digər gəmilər müsadirə edilib və ya saxlanıb. 
  • Sanksiyalara məruz qalmış ruslara məxsus, onların mülkiyətində və ya nəzarətində olan dəbdəbəli daşınmaz əmlak müsadirə edilib və ya dondurulub.
  • Rusiyanın qlobal maliyyə sisteminə çıxışını məhdudlaşdıraraq, bu ölkənin Ukraynadakı ədalətsiz müharibəsi üçün lazım olan texnologiyanı əldə etməsinin qarşısı alınıb.

REPO üzvləri yaxın aylarda sanksiyaya məruz qalmış Rusiya aktivlərinin monitorinqini davam etdirəcəklərini və birgə tətbiq edilən məhdudlaşdırıcı tədbirlərdən yayınmanın qarşısını alacaqlarını bildiriblər. 

Daha çox öyrən

Mətbuat üçün açıqlama



ÇOX OXUYUR

[popular_posts columns_xl=”4″ columns_l=”4″ columns_m=”3″]


[related_news]
[yea_euprojectshortlist]

ƏLAQƏLİ

[posts_by_post_tax]

Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,