Narkotik və Narkomaniya üzrə Avropa Monitorinq Mərkəzi Aİ-yə qonşu ölkələrlə əməkdaşlığı gücləndirəcək
Narkotik və Narkomaniya üzrə Avropa Monitorinq Mərkəzi (EMCDDA) 2023-2025-ci illər üzrə fəaliyyətini əhatə edən ən son fəaliyyət proqramını dərc edib.
Sözügedən dövrdə agentliyin Avropa İttifaqının Narkotiklərlə bağlı Agentliyinə (EUDA) çevrilməsi planlaşdırılır. EUDA tamamilə yeni agentlik qismində daha geniş mandatla və daha yaxşı təchiz olunaraq Aİ-nin narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə üzrə hazırlıq tədbirlərini gücləndirəcək.
EMCDDA tərəfindən açıqlanan məlumata əsasən, Avropada narkotiklərlə bağlı problem getdikcə daha çox qlobal dəyişikliklərin təsirinə məruz qalır və Aİ-dən kənarda tendensiyaların müəyyənləşdirilməsi bu sahədə mühüm rol oynayır. Bu baxımdan, sözügedən agentlik bu il Avropa Qonşuluq Siyasəti Zonası (EU4MD II), xüsusilə də Gürcüstan (EMCDDA4GE), eləcə də Qərbi Balkanlar, Latın Amerikası və Karib hövzəsi ölkələri ilə daha sıx əməkdaşlıq etmək niyyətindədir.
Daha çox öyrən
ÇOX OXUYUR
[popular_posts columns_xl=”4″ columns_l=”4″ columns_m=”3″]