EU4 Independent Media Şərq Tərəfdaşlığı ölkələrində araşdırmaçı-jurnalistlistika sahəsində müsabiqə elan edib – hər layihəyə 100 000 avro veriləcək
Aİ tərəfindən maliyyələşdirilən “EU4 Independent Media” (Aİ Müstəqil Media Naminə) layihəsi ictimai maraq kəsb edən mövzuların təsirli və cəlbedici formada işıqlandırılmasına yardım etmək məqsədilə araşdırma jurnalistikasına dəstək proqramının icrasına başlayıb.
Proqram Avropa İttifaqının dəstəyi ilə icra olunur və Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukraynanı əhatə edir.
Proqramda aşağıdakı mövzular (bununla məhdudlaşmır) üzrə araşdırmalar dəstəklənəcək:
- korrupsiya və maliyyə sahəsində cinayətlər, mütəşəkkil cinayətkarlıq;
- ictimai təhlükəsizlik, demokratiya və insan hüquqları;
- ətraf mühit və iqlim dəyişikliyi, səhiyyə.
Proqramda altı Şərq Tərəfdaşlığı ölkəsində rəsmi qaydada qeydiyyatdan keçmiş kütləvi informasiya vasitələri, o cümlədən mühacirətdə fəaliyyət göstərən media orqanları, jurnalist və mətbuat azadlığı üzrə qeyri-kommersiya təşkilatları, müstəqil məzmun istehsalı şirkətləri və bu təşkilatların adından fəaliyyət göstərən jurnalist/məzmun istehsalı qrupları iştirak edə bilər.
Hər bir layihə üçün maksimum 100 000 avro ayrılması nəzərdə tutulub.
Ərizə ilə müraciət üçün son tarix iyul ayının 9-dur.
Maraqlı olan şəxslər onlayn ərizə formasını dolduraraq müraciət etməlidir. Ərizə prosesində yaranan hər hansı sualla bağlı support.eu4im@dt-global.com ünvanı ilə əlaqə saxlamaq mümkündür.
Daha çox öyrən
ÇOX OXUYUR
[popular_posts columns_xl=”4″ columns_l=”4″ columns_m=”3″]