Avropa Həmrəylik Korpusu tərəfindən təşkil olunacaq onlayn kursa və vebinara qatılın!
Avropa Həmrəylik Korpusu 12 noyabr tarixinədək ödənişsiz Kütləvi açıq onlayn kurslarda (MOOC) iştirak etmək imkanı yaradır.
Bu kurs HOP platformasında təşkil edilir və iştirakçıların seçim prosesindən keçməsi tələb olunmur. Kurs İngilis dilində keçirilir və məzmunun çox hissəsi İspan, İtalyan, Alman və Türk dillərinə tərcümə edilir.
Avropa Həmrəylik Korpusu Aİ, AATB, Qərbi Balkanlar və Şərqi və Cənub Qonşuluq regionlarından olan gənclərə daha böyük icmanın faydalanması üçün könüllülük proqramlarında iştirak etməyə imkan yaradan bir Aİ təşəbbüsüdür.
Kursun mövzuları arasında korpusun könüllüləri üçün mühüm məlumatlar, o cümlədən könüllülük layihəsinin təşkili və könüllü olmağın qaydaları, gənclər qrupunun yerli həmrəylik layihəsi və icrası üçün tələb olunanlar, yeni humanitar yardım fəaliyyətinin yaratdığı imkanlar, korpusun qrant yardımı üçün müraciət etmə və bu layihələrdə gənclərə hansı növ dəstəyin verildiyi barədə məlumatlar var.
Qeydiyyat kursun səhifəsində aparılır və iştirakçılar sərbəst qrafiklə kursa qatıla bilərlər.
27 oktyabr saat 14:00-da (Mərkəzi Avropa vaxtı ilə) “İcmalar üçün müsbət təsir” mövzusunda vebinar keçiriləcək. Kurs haqqında ümumi məlumata YouTube-da baxa bilərsiniz.
Daha çox öyrən
BAĞLANIŞ TARİXİ:
ÇOX OXUYUR
[popular_posts columns_xl=”4″ columns_l=”4″ columns_m=”3″]