Skip to main content
COP28: Aİ və AYİB tərəfdaş ölkələrdə yaşıl iqtisadiyyata sərmayə qoyuluşunu sürətləndirməyi vəd edirlər
[featured_image_copyright]
Dekabr 5, 2023

COP28: Aİ və AYİB tərəfdaş ölkələrdə yaşıl iqtisadiyyata sərmayə qoyuluşunu sürətləndirməyi vəd edirlər


Aİ və Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) dekabrın 2-də Dubayda Dayanıqlı İnkişaf üçün Avropa Fondu Plus (EFSD +) tərəfindən maliyyələşdiriləcək iki zəmanət sxemi üzrə baş tutan “COP28” adlı tədbirdə niyyət protokolları imzalayıblar. Bu sənədlər Şərq Tərəfdaşlığı, eləcə də Cənubi Aralıq dənizi, Türkiyə və Qərbi Balkanlarda yaşıl iqtisadiyyata yatırılan sərmayələrin sürətləndirilməsinə dair öhdəlikləri əhatə edir.

Bələdiyyə, infrastruktur və sənaye sektorlarında dayanıqlığa dair 60 milyon avroluq zəmanət AYİB-in yaşıl texnologiyalar, nəqliyyat və logistika sektorlarına və enerjinin səmərəliliyinin artırılmasına yatırılan sərmayələr çərçivəsində Aİ-nin Şərq və Cənub Qonşuluq ölkələrində, eləcə də Türkiyədə korporativ və kommunal müəssisələrə kreditlərin ayrılmasını dəstəkləyəcək.

168 milyon avroluq “HI-BAR” zəmanəti isə AYİB-ə iqlim dəyişikliyinin təsirinin azaldılmasına və innovativ yaşıl texnologiyalara, o cümlədən yaşıl hidrogen və son dərəcə vacib əhəmiyyətə malik xammala yatırılan sərmayələri sürətləndirməyə imkan verəcək.

Bu zəmanətlərin icrası iqlimdə neytrallığa və Paris Sazişinin məqsədlərinə nail olmaq üçün vacib olan yaşıl texnologiyaların inkişafına dəstək verəcək. 

Aİ-nin Qonşuluq və Genişlənmə ölkələri ilə əməkdaşlığında əsas prioritetləri “Green Deal” və “Global Gateway” təşəbbüslərini dəstəkləmək, həmçinin layiqli iş yerlərinin yaradılmasını və davamlı və inklüziv inkişafı təşviq etməkdir. Bu prioritetlər Şərq Tərəfdaşlığı, Cənub Qonşuluğu və Qərbi Balkan ölkələri ilə razılaşdırılmış iqtisadi və investisiya planları vasitəsilə həyata keçirilir.

Daha çox öyrən

Mətbuat üçün açıqlama



ÇOX OXUYUR

[popular_posts columns_xl=”4″ columns_l=”4″ columns_m=”3″]


[related_news]
[yea_euprojectshortlist]

ƏLAQƏLİ

[posts_by_post_tax]

Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,