EU4Culture Azərbaycan, Belarus, Ermənistan və Moldovadan olan mədəniyyət işçiləri tərəfindən layihə təkliflərinin qəbuluna başlayıb
Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “EU4Culture” layihəsi Azərbaycan, Belarus, Ermənistan və Moldovadan olan fərdi mədəniyyət işçiləri tərəfindən layihə təkliflərinin qəbuluna başlayıb.
Yerdəyişmə qrant layihə təkliflərinə təcrübə proqramları, təhsil səfərləri, konfranslar, təkmilləşdirmə və başqa bir ölkədə həyata keçirilən və biliklərin mübadiləsini və mədəniyyətlərarası dialoqu təşviq edən digər tədbirləri daxil etmək olar.
Bütün mədəniyyət sahələrini təmsil edən və Azərbaycan, Belarus, Ermənistan və Moldovada daimi yaşayan 18 yaşından yuxarı rəssamlar və ya mədəniyyət işçiləri layihələrini təqdim edə bilərlər. Yalnız fərdi və beynəlxalq yerdəyişmənin nəzərdə tutulduğu layihələr təqdim oluna bilər.
Layihələrdə dörd növ yerdəyişmələr dəstəklənəcək:
- Qısamüddətli yerdəyişmələr (səyahət günləri daxil olmaqla 5-10 təqvim günü) – 1 500 avroya qədər;
- Ortamüddətli yerdəyişmələr (səyahət günləri daxil olmaqla 11-35 təqvim günü) – 3 500 avroya qədər;
- Uzunmüddətli yerdəyişmələr (səyahət günləri daxil olmaqla 36-84 təqvim günü) – 5 000 avroya qədər.
- Virtual yerdəyişmələr (səyahət etmək tələb olunmur, amma başqa ölkədə keçirilən tədbirdə onlayn iştirak olmalıdır) – yalnız 1 000 avroya qədər qarşılanan qeydiyyat haqqı
EU4Culture Yerdəyişmə qrantları üçün müraciət edən ərizəçilər təklif etdikləri beynəlxalq yerdəyişmə üçün fəaliyyət planı və büdcə hazırlayaraq Goethe Ərizə Portalı (GAP) vasitəsilə təqdim etməlidirlər.
Ərizələrin təqdim olunması üçün son tarix 16 fevral 2024, saat 23:59 (Mərkəzi Avropa vaxtı ilə).
EU4Culture layihəsinin yerdəyişmə qrantlarına dair məlumatlandırma xarakterli tədbirlərində iştirak etmək istəyən fərdi şəxslər əvvəlcədən qeydiyyatdan keçə bilərlər: Belarus üzrə 20 dekabr (qeydiyyat), Moldova üzrə 10 yanvar (qeydiyyat), Azərbaycan üzrə 15 yanvar (qeydiyyat) və Ermənistan üzrə 10 yanvar (qeydiyyat).
EU4Culture Şərq Tərəfdaşlığı ölkələrinin paytaxt olmayan şəhər və qəsəbələrinə xüsusi diqqət yetirməklə mədəniyyət və yaradıcı sektoru dəstəkləmək üçün Avropa İttifaqı tərəfindən maliyyələşdirilən dördillik layihədir. Layihə Höte İnstitutu (əsas tərəfdaş), Çex Mərkəzləri, Danimarka Mədəniyyət İnstitutu və “Institut Français de Géorgie” ilə birgə həyata keçirilir. İcra olunmağa başladıqdan etibarən EU4Culture layihəsi yerdəyişmə üzrə ümumilikdə üç qrant layihəsi qəbulu elan edib və 274 fərdi şəxsin layihəsini dəstəkləyib.
Daha çox öyrən
EU4Culture Yerdəyişmə üzrə layihə qəbulu barədə təlimatlar:
BAĞLANIŞ TARİXİ:
ÇOX OXUYUR
[popular_posts columns_xl=”4″ columns_l=”4″ columns_m=”3″]