Skip to main content
“Enerji İcması Yay Məktəbi 2024” üçün ərizə qəbuluna başlandı – Şərq Tərəfdaşlığı ölkələri üçün ödənişsizdir
Yanvar 24, 2024

“Enerji İcması Yay Məktəbi 2024” üçün ərizə qəbuluna başlandı – Şərq Tərəfdaşlığı ölkələri üçün ödənişsizdir


“Enerji İcması Yay Məktəbi” üçün 2024-cü il üzrə ərizələrin qəbuluna başlanıb.

Yay Məktəbi bərpa olunan enerji mənbələrinə keçid haqqında biliklərini dərinləşdirmək və bu sektorun gələcəyinin formalaşdırılmasında fəal iştirak etmək istəyən doktorantura və gənc mütəxəssislər üçün nəzərdə tutulub. 

Proqramda energetika sektoruna aid müxtəlif mövzular əhatə olunub. Daha ətraflı məlumat tezliklə ictimaiyyətə açıqlanacaq.

Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna vətəndaşları Yay məktəbində pulsuz iştirak edə biləcəklər.

Bu il Yay məktəbinin 20-27 iyul 2024-cü il tarixlərində Kişinyovda yerləşən Moldova Texniki Universitetində keçirilməsi planlaşdırılır.

Enerji İcması Yay Məktəbi aşağıdakı şəxslərdən ərizə qəbul edəcək:

  • Doktorantura tələbələri: energetika sahəsinə aid mövzularda biliklərini dərinləşdirmək istəyən magistratura tələbələri və ya elmlər namizədləri.
  • Tədqiqatçılar: energetika ilə əlaqədar müxtəlif sahələri təmsil edən fərdi şəxslər.
  • Gənc mütəxəssislər: dövlət orqanlarında, şirkətlərdə, analitik mərkəzlərdə, QHT və digər müvafiq energetika sektorlarında çalışanlar.

Ərizələrin təqdim olunması üçün son tarix martın 31-dir.

“Enerji İcması Yay Məktəbi 2024” Vişeqrad Fondu, Friedrich-Ebert-Stiftung – Dialoq Cənub-Şərqi Avropa (FES SOE), Albaniyanın Polis Universiteti və Moldovanın Texniki Universiteti ilə əməkdaşlıq çərçivəsində Enerji İcması Katibliyi tərəfindən təşkil olunur.

Daha çox öyrən

Mətbuat üçün açıqlama

BAĞLANIŞ TARİXİ:

Mart 31, 2024


ÇOX OXUYUR

[popular_posts columns_xl=”4″ columns_l=”4″ columns_m=”3″]


[yea_euprojectshortlist]

ƏLAQƏLİ

[posts_by_post_tax]

Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,