Lissabonda Narkotik və Narkomaniya üzrə Avropa Monitorinq Mərkəzində üç aylıq ödənişli təcrübə proqramı – Şərq Tərəfdaşlığı gəncləri iştirak edə bilər
Narkotik və Narkomaniya üzrə Avropa Monitorinq Mərkəzi (EMCDDA) Şərq Tərəfdaşlığı ölkələrindən olan gəncləri Lizzabonda yerləşən ofisində üç aylıq təcrübə proqramında iştirak etməyə dəvət edir.
EMCDDA Avropa İttifaqının mərkəzləşdirilməmiş qurumlarından biridir. 1993-cü ildə təsis edilən bu mərkəz Avropada narkotiklər və narkomaniya sahəsində hərtərəfli məlumat mənbəyi hesab olunur.
Təcrübə proqramına qatılacaq şəxslər Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və Reitox və xarici tərəfdaşlar bölməsi daxilində beynəlxalq əməkdaşlıq sektoru tərəfindən koordinasiya olunan EU4Monitoring Drugs II (EU4MD) layihəsi üçün çalışacaq. Layihə Avropa İttifaqına qonşu ölkələrdə qanunsuz narkotik dövriyyəsi və narkomaniya probleminə nəzarət etməyə kömək edir.
Seçilmiş şəxslər Avropa Qonşuluq Siyasəti (ENP) regionunda onlayn narkotik bazarları (darkveb daxil) haqqında monitorinq, təhlil və yeni məlumatlar hazırlayacaq və sözügedən regionda səhiyyə sistemindəki tədbirlərin monitorinqinə töhfə verəcək, o cümlədən EU4MD II layihəsinin tədbirlərinin təşkilinə kömək etməklə digər tapşırıqları yerinə yetirəcək.
Təcrübə proqramında Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna vətəndaşları iştirak edə bilər.
Təcrübə proqramının iştirakçısına hər ay 1 330 avro ödəniləcək. Proqram EMCDDA-nın Portuqaliyanın paytaxtı Lissabonda yerləşən ofisində həyata keçiriləcək. EMCDDA proqramın başlanğıcında və sonundakı səyahət xərclərini qarşılayacaq.
Müraciət edən şəxs kriminologiya, sosial elmlər, humanitar elmlər və ya əlaqəli sahələr üzrə ali təhsilə və ya buna bərabər təhsil səviyyəsinə, ingilis dilində elmi məqalələr yazmaq bacarığına malik olmalı, narkotiklərlə mübarizə siyasəti və ya monitorinqi ilə bağlı sahələrə maraq nümayiş etdirməlidir.
Ərizə ilə müraciət üçün son tarix 12 fevraldır.
Daha çox öyrən
Rusiyanın Ukrayna qarşı müharibəsi Aİ-yə gedən heroin marşrutlarını dəyişib
BAĞLANIŞ TARİXİ:
ÇOX OXUYUR
[popular_posts columns_xl=”4″ columns_l=”4″ columns_m=”3″]