Layihə təkliflərinin hazırlanması işinin gücləndirilməsi: Şərq Tərəfdaşlığı ölkələrindəki VCT-lər üçün vebinarlar keçiriləcək
Aİ tərəfindən maliyyələşdirilən Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Proqramı Şərq Tərəfdaşlığı ölkələrindən olan fəalları və ya vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələrini layihə təkliflərinin hazırlanması bacarıqlarını təkmilləşdirmək üçün may ayı boyunca keçiriləcək vebinarlara qoşulmağa dəvət edir.
Onlayn təlim kursu Aİ-nin maliyyələşdirilməsi üçün layihə təkliflərinin hazırlanması prosesini əhatə edən və hər biri bir saat olmaqla dörd vebinardan ibarətdir.
Hər bir vebinar zamanı ekspertlər layihə təkliflərinin hazırlanması ilə bağlı iştirakçıların suallarını cavablandıracaqlar.
Vebinarların 13, 15, 17 və 20 may tarixlərində saat 13:00-dan 14:00-dək (Mərkəzi Avropa vaxtı ilə) keçirilməsi planlaşdırılır.
Vebinarlar ingilis dilində olmaqla Zoom platformasında baş tutacaq və dörd vebinar üçün yalnız bir dəfə qeydiyyatdan keçmək tələb olunur (Zoom qeydiyyat keçidi).
Daha çox öyrən
ÇOX OXUYUR
[popular_posts columns_xl=”4″ columns_l=”4″ columns_m=”3″]