Skip to main content
AYİB Türkiyə və Qafqaz üzrə yeni idarəedici direktor təyin edib 
[featured_image_copyright]
İyun 18, 2024

AYİB Türkiyə və Qafqaz üzrə yeni idarəedici direktor təyin edib 


Elizabetta Falcetti Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Türkiyə və Qafqaz üzrə yeni idarəedici direktoru təyin edilib. O, vəzifəsinin icrasına avqust ayının 1-dən başlayacaq. 

Hal-hazırda Elizabetta Falcetti sözügedən bankın Polşa və Baltik ölkələri üzrə direktoru vəzifəsində çalışır. Türkiyə və Qafqaz üzrə cari idarəedici direktor Arvid Tuerknerdir. O, bu ayın əvvəlində bankın Ukrayna və Moldova üzrə idarəedici direktoru təyin edilib.

AYİB-in vitse-prezidenti Matteo Patrone yeni təyinatla bağlı bunları deyib: “Elizabetta özünün yeni vəzifəsinə əhəmiyyətli liderlik və insanların idarə edilməsi təcrübəsini, eləcə də AYİB strategiyalarının hazırlanması və həyata keçirilməsi, siyasətlərin cəlb edilməsi və investisiyalar vasitəsilə biznesin idarə edilməsi və nəticələrin əldə olunması üzrə sübut edilmiş təcrübəsini gətirir”. O, əlavə edib ki, Falcetti AYİB-in Türkiyədə və “çox vacib” Qafqaz regionunda fəaliyyətinin daha da gücləndirilməsinə kömək edəcək.

Öz növbəsində Elizabetta Falcetti bildirib: “Bu il bizim illik toplantımız Yerevanda baş tutdu və biz Qafqazın potensialının bir daha şahidi olduq. Biz islahatlar üçün investisiya və siyasət dialoqu vasitəsilə özəl sektorun və əsas infrastrukturun inkişafını dəstəkləyərək Ermənistan, Azərbaycan və Gürcüstan iqtisadiyyatlarının inkişafı istiqamətində işimizi davam etdirəcəyik”. 

Bu günə qədər AYİB-in Qafqaz regionuna yatırdığı investisiyaların həcmi (Ermənistanda 2,4 milyard avro, Azərbaycanda 3,7 milyard avro və Gürcüstanda 5,3 milyard avro təşkil edir. 

Daha çox öyrən

Mətbuat üçün açıqlama



ÇOX OXUYUR

[popular_posts columns_xl=”4″ columns_l=”4″ columns_m=”3″]


[related_news]
[yea_euprojectshortlist]

ƏLAQƏLİ

[posts_by_post_tax]

Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,