27 iyunadək Azərbaycanda keçiriləcək Avropa məktəbi üçün ərizə qəbulu keçiriləcək
Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyi Azərbaycanda 7-ci dəfə keçiriləcək Avropa məktəbində (EuroSchool) iştirak üçün ərizələrin qəbuluna başlayıb. 6-8 avqust 2024-cü il tarixlərində keçiriləcək bu ilki məktəb Azərbaycanın rayonlarından birində təşkil olunacaq.
18-25 yaş arası gənclər Aİ, onun tarixi, fundamental prinsipləri və dəyərləri, Şərq Tərəfdaşlığı təşəbbüsü, Aİ-Azərbaycan münasibətləri, enerji və ətraf mühit problemləri, o cümlədən Azərbaycanda baş tutacaq COP29 konfransı fonunda iqlim dəyişikliyi, dezinformasiya və feyk xəbərlərlə mübarizə ilə bağlı ətraflı məlumat əldə etmək imkanı əldə edəcəklər.
“EU NEIGHBOURS east” proqramının nümayəndələri Avropa məktəbinə qatılaraq iştirakçıları Gənc Avropa Səfirləri şəbəkəsi (YEAs) ilə tanış edəcəklər. Bu şəbəkədə Aİ-yə üzv dövlətlərdən və Azərbaycandan daxil olmaqla Şərq Tərəfdaşlığı ölkələrindən fəal gənclər toplanıb. Avropa və Azərbaycandan olan Gənc Avropa səfirləri Aİ və onun Avropa və ŞT ölkələrindəki gənclərin həyatında rolu, regionda gənclər üçün imkanlar, o cümlədən təhsil imkanları haqqında müzakirələr təşkil edəcəklər.
Aİ-nin Azərbaycandakı Nümayəndəliyi iştirakçıları Bakıdan tədbirin təşkil ediləcəyi rayona aparmaq üçün nəqliyyat vasitəsi, qidalanma və gecələmə (iki nəfərlik otaqlar) ilə təmin edəcək.
Məktəbin sonunda iştirakçılara sertifikatlar veriləcək və Gənc Avropa səfirləri şəbəkəsinə qoşulmağa dəvət olunacaqlar.
Seçim meyarları:
- 18-25 yaş arası Azərbaycan vətəndaşları;
- Universitet tələbələri və ya məzunlar;
- İngilis dilində sərbəst danışıq;
- Beynəlxalq münasibətlər, Avropa İttifaqı, siyasi elmlər, beynəlxalq ticarət və ya enerji məsələlərində maraqlı olan şəxslər;
- Avropa məktəbində tam iştirak etmək imkanı olan şəxslər;
Maraqlı şəxslər EuroSchool-un ərizə formasını doldurmalıdırlar.
Müraciət üçün son tarix iyunun 27-dir.
Daha çox öyrən
BAĞLANIŞ TARİXİ:
ÇOX OXUYUR
[popular_posts columns_xl=”4″ columns_l=”4″ columns_m=”3″]