AİB və “Azərbaycan Dəmir Yolları” QSC, Avropa İttifaqının maliyyə dəstəyi ilə dəmir yollarında təhlükəsizliyin artırılması məqsədilə ilk birgə layihəni tamamlayıb
Avropa İnvestisiya Bankı (AİB) Azərbaycanda dəmir yollarının təhlükəsizliyinin və etibarlılığının artırılmasına yönəlmiş 10 aylıq layihəni başa çatdırıb. “Əlaqəlilik üzrə Şərq Tərəfdaşlığı İnvestisiyaları Proqramı” (EPIC) çərçivəsində həyata keçirilən layihədə AİB tərəfindən “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə (ADY) məsləhət xidməti göstərilib. Buraya səyahət müddətinin, xərclərin və istixana qazı emissiyalarının azaldılması nəticəsində dəmiryolu nəqliyyatının təhlükəsizliyinin artırılması üzrə tövsiyələr daxildir.
Layihə çərçivəsində ADY-yə strateji əhəmiyyətə malik olan Bakı-Böyük Kəsik marşrutu üzrə mövcud dəmiryolu keçidlərində təhlükəsizliyin artırılması məqsədilə məsləhət xidməti göstərilib. Sözügedən 503 kilometrlik marşrut paytaxt və Bakı limanını qonşu ölkə Gürcüstanın dəmiryolu şəbəkəsi ilə birləşdirir və Qara dənizə qədər davam edir. Bu marşrut Azərbaycanda əsas TEN-T şəbəkəsinin bir hissəsidir və “Orta Dəhliz” boyunca yük daşımaları üçün mühüm əhəmiyyət kəsb edir.
Avropa İnvestisiya Bankının bu regiondakı fəaliyyətinə məsul olan bankın vitse-prezidenti Tereza Çervinska bildirib: EPIC çərçivəsində Avropa İttifaqı daxilində nəqliyyat sektorunda qabaqcıl təcrübələrin Şərq Tərəfdaşlığı regionuna ötürülməsinə yönəlmiş ilk layihənin uğurla başa çatdığını elan etməkdən məmnunuq”. Xanım Çervinska məsləhət qrupunun rəhbərliyi ilə həyata keçirilən və Azərbaycana, həmçinin regiona fayda verəcək bu mühüm layihənin dəmir yolunda təhlükəsizliyin artırılmasına və ətraf mühitə təsirin minimuma endirilməsinə töhfə verəcəyi ilə bağlı əminliyini bildirib.
Avropa İttifaqının Azərbaycandakı səfiri Peter Mixalko bildirib: “Azərbaycanın strateji-coğrafi mövqeyi, infrastrukturun inkişafına yönəlmiş səylər və artan ticari-iqtisadi əməkdaşlıq potensialı ölkəni genişləndirilmiş Trans-Avropa Nəqliyyat Şəbəkəsi (TEN-T) kontekstində strateji tərəfdaşa çevirir və bu ölkə təkmilləşdirilmiş bağlantı, daha yaxşı iqtisadi inkişaf və regional inteqrasiya üçün öz töhfəsini verir. Avropa İttifaqı nəqliyyat və infrastruktur üzrə mühüm layihələrdə Azərbaycan və AİB ilə sıx əməkdaşlıq edir. Biz infrastrukturun inkişafı, yaşıllaşdırma, rəqəmsallaşma, eləcə də nəqliyyatın idarə edilməsinin gücləndirilməsi üçün kredit və texniki yardım təkliflərini davam etdirəcəyik”.
Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və AİB-in JASPERS məsləhət proqramı tərəfindən idarə olunan EPIC proqramı nəqliyyat əlaqələrinin təkmilləşdirilməsi istiqamətində Şərq Tərəfdaşlığı ölkələrinə ödənişsiz məsləhət dəstəyi və texniki yardım təmin edir. Bu proqram Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) və Dünya Bankı ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir.
Hal-hazırda, AİB EPIC çərçivəsində Azərbaycan, Ermənistan, Moldova və Ukraynada 10 layihəyə məsləhət və ya texniki yardım göstərir.
Daha çox öyrən
ÇOX OXUYUR
[popular_posts columns_xl=”4″ columns_l=”4″ columns_m=”3″]