EU4Digital Akademiyasının “Aİ-də satış platformalarında elektron ticarət” adlı kursu artıq Azərbaycanda əlçatandır
EU4Digital proqramı “Aİ-də satış platformalarında elektron ticarət” adlı kursun Azərbaycanda vətəndaşlar və bu ölkədə fəaliyyət göstərən kiçik və orta ölçülü sahibkarlıq müəssisələri (KOB-lar) üçün əlçatan olduğunu elan edib.
Azərbaycanda fəaliyyət göstərən sahibkarlıq müəssisələri üçün nəzərdə tutulmuş bu kursda Aİ-də aparıcı elektron ticarət platformaları olan Amazon və eBay haqqında ətraflı təlimatlar təqdim edilir. Kursda iştirakçılara ən uyğun platformanı seçməyə köməklik edilir, qeydiyyat və satış prosesləri izah edilir, eləcə də ƏDV və gömrük prosedurları kimi Aİ-nin qanunvericiliyi vasitəsilə biznes sahiblərinə bələdçilik edilir.
Bu, 10 saatlıq sərbəst qrafikli kursdur. Kursda iştirak etmək üçün istənilən vaxt qeydiyyatdan keçmək olar.
Kurs həm ingilis, həm də Azərbaycan dillərində əlçatandır.
EU4Digital Akademiyasının kurslarında iştirak edən şəxslərə Aİ ilə uyğunlaşdırılmış etimadnamə təqdim olunur. Nişan formasında olan bu etimadnamələri yeni bacarıq və biliklərin sübutu kimi sosial mediada paylaşa və ya CV-də yerləşdirə bilərsiniz.
Daha çox öyrən
BAĞLANIŞ TARİXİ:
ÇOX OXUYUR
[popular_posts columns_xl=”4″ columns_l=”4″ columns_m=”3″]