Skip to main content
Şərq Tərəfdaşlığı ölkələrindən olan tələbələr və gənc mütəxəssislər Enerji İcması Yay Məktəbində iştirak etməyə dəvət olunurlar
Yanvar 22, 2025

Şərq Tərəfdaşlığı ölkələrindən olan tələbələr və gənc mütəxəssislər Enerji İcması Yay Məktəbində iştirak etməyə dəvət olunurlar


Avropa Komissiyası ilə birgə Enerji İcması tərəfindən 9-cü dəfədir təşkil olunan Enerji İcması Yay Məktəbi Podqoritsada yerləşən Monteneqro Universitetində keçiriləcək. 

Çoxprofilli və problemlərin həllinə yönəlmiş proqram aparıcı peşəkarlar və təhsil sektorunun nümayəndələrinin rəhbərliyi ilə keçid dövründə olan enerji sektorlarına həsr olunub. 

Məktəb 19-27 iyul tarixləri arasında olmaqla bir həftə davam edəcək.

Bu ərizə qəbulu yüksək motivasiyaya malik tələbələr (magistr və ya doktorantura), enerji sahəsində çalışan tədqiqatçılar, dövlət qurumlarından, şirkətlərdən, analitik mərkəzlərdən, QHT-lərdən və digər müvafiq sahələrdən gənc mütəxəssislər üçün nəzərdə tutulub.

Ərizəçilər 35 yaşına qədər (1990-cı ildə və ya daha sonra dünyaya gəlmiş) şəxslər olmalıdır. Onlar İngilis dilində sərbəst danışıq və yazı qabiliyyətinə malik olmalı və Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və ya Ukrayna vətəndaşı olmalıdırlar. 

İştirak haqqı yoxdur. Enerji İcması Katibliyi yay məktəbi ilə əlaqədar bütün xərcləri qarşılayır. Buraya mühazirələr, qalma, yerdəyişmə və qidalanma daxildir. İştirakçılar yalnız səyahət xərcini ödəməlidirlər.

Müraciətlərin təqdim olunması üçün son tarix 31 martdır.

Enerji İcması Yay Məktəbi 2024-cü ildə Kişinyovdakı Moldova Texniki Universitetində baş tutub

Daha çox öyrən

Əzirə qəbulu haqqında elan

Dəniz araşdırmaları fakultəsi

BAĞLANIŞ TARİXİ:

Mart 31, 2025


ÇOX OXUYUR

[popular_posts columns_xl=”4″ columns_l=”4″ columns_m=”3″]


[yea_euprojectshortlist]

ƏLAQƏLİ

[posts_by_post_tax]

Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,