Skip to main content
EU4Culture proqramının qrant layihəsinin yazılmasına dair onlayn kursu artıq hamı üçün əlçatandır
Yanvar 27, 2025

EU4Culture proqramının qrant layihəsinin yazılmasına dair onlayn kursu artıq hamı üçün əlçatandır


Aİ tərəfindən maliyyələşdirilən EU4Culture proqramı Şərq Tərəfdaşlığı ölkələrindən olan rəssamlar və mədəniyyət işçiləri üçün nəzərdə tutulmuş qrant layihəsinin yazılmasına dair onlayn kursu daha geniş auditoriyanın istifadəsinə verib. Bu kurs artıq 2027-ci ilin sonuna qədər Ukraynanın cases.media rəqəmsal platformasında sərbəst istifadə üçün əlçatandır.

Rəqəmsal kurs mədəni fəaliyyətlər və layihələr üçün Aİ-nin maliyyə dəstəyi üçün müraciət etmək istəyənlər üçün nəzərdə tutulub. Sözügedən kurs mövzu ilə bağlı ingilis dilində bir sıra maarifləndirici videoçarxlardan ibarətdir və azərbaycan, erməni, gürcü, rumın və ukrayna dillərində altyazılarla dəstəklənir. 

Kursa aşağıdakı mövzular üzrə mühazirələr daxildir:

● Qrantların növləri və onların əhəmiyyəti;

● Milli və beynəlxalq layihə tərəfdaşlarının tapılması üçün qrant layihələrinin yazılması bacarığı və texnikaları;

● Büdcənin hazırlanması strategiyaları və hüquqi sənədlərə dair tələblərlə bağlı fikir mübadiləsi;

● Donorlarla səmərəli kommunikasiya;

● Hesabatların hazırlanması.

Kursa qoşulmaq üçün qeydiyyatdan keçmək və ya cases.media saytına daxil olmaq kifayətdir.

BAĞLANIŞ TARİXİ:

Dekabr 31, 2027


ÇOX OXUYUR

[popular_posts columns_xl=”4″ columns_l=”4″ columns_m=”3″]


[yea_euprojectshortlist]

ƏLAQƏLİ

[posts_by_post_tax]

Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,