Gənc Avropa səfirləri və Aİ-nin Azərbaycandakı Nümayəndəliyi Bakıda “Yaşıl Gələcək” şüarı altında müsabiqə təşkil ediblər
Yanvarın 31-də Gənc Avropa səfirləri (YEAs) Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi ilə birlikdə Bakıda dördüncü dəfə “Yaşıl Gələcək” şüarı altında Avropa Gənclər Müsabiqəsini təşkil ediblər. Tədbir Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Planetimiz naminə” kampaniyası çərçivəsində həyata keçirilib.
Müsabiqəyə Azərbaycanın hər yerindən yuxarı sinif şagirlərindən tutmuş universitet tələbələrinə qədər gənc istedadlar qatılıblar. Müsabiqədə dayanıqlı inkişaf problemlərinin həlli üçün innovativ biznes həlləri təqdim edilib, komanda işi və biznes yönümlü düşüncə təşviq edilib.
Tədbirdə giriş sözü ilə çıxış edən Aİ-nin Azərbaycandakı səfiri Peter Mixalko “əzmkar olduqlarına və mükəmməl ideyalarına” görə bütün komandaları təbrik edib. “Bərpaolunan enerji və “yaşıl” siyasət sahəsində qlobal lider olan Aİ Azərbaycan gənclərinin ideyalarını dəstəkləyir. Bu gün gənclərdən öyrənmək və onların ətrafımızı əhatə edən real dayanıqlılıq çağırışlarına yönəlmiş dəyərli həlləri kəşf etmək bizim üçün böyük həyəcan doğurur. Mənim üçün tam aydındır ki, bu komandaların innovativ yanaşmaları Azərbaycanın və planetimizin gələcəyi üçün böyük ümid yaradır”, – Peter Mixalko bildirib.
“Yaşıl Gələcək” müsabiqəsinə Ağdaş, Bakı, Xankəndi, İsmayıllı, Şəmkir və Lənkərandan 512 nəfərin təmsil olunduğu 128 komanda qatılıb. Hər biri dörd üzvdən ibarət olan dörd komanda isə final mərhələsinə yüksəlib.
“Times New Roman” komandası birinci, “Green Innovators” komandası ikinci, “Sustainable energy ” komandası üçüncü, “Voyage” komandası isə dördüncü yerləri tutublar. Qaliblər Aİ səfiri tərəfindən sertifikat və müxtəlif hədiyyələrlə mükafatlandırılıblar.
Daha çox öyrən
ÇOX OXUYUR
[popular_posts columns_xl=”4″ columns_l=”4″ columns_m=”3″]