ETF Yaşıl Bacarıqlar Mükafatı – dayanıqlıq sahəsində innovativ yanaşmalar
Fevralın 3-də Avropa Təlim Fondu (ETF) növbəti dəfə Yaşıl Bacarıqlar Mükafatı üçün müraciətlərin qəbuluna başlayıb. Təşəbbüs ekoloji cəhətdən məsuliyyətli təhsil, təlim və bacarıqların inkişafının təşviqi yolu ilə dayanıqlığa və tərəqqiyə yönəlib. Şərq Tərəfdaşlığı ölkələrinin vətəndaşları müraciət edə bilərlər.
Dünyanın hər yerində çalışan qanunvericiləri və təcrübəçiləri həvəsləndirəcək “yaşıl” bacarıqların inkişafına yönəlmiş təşəbbüslərin təqdim olunması arzuolunandır.
Fərdi şəxslər, müəssisələr, təlim təminatçıları, sənaye sahələri, dövlət müəssisələri, dövlət məşğulluq xidmətləri, vətəndaş cəmiyyəti təşkilatları və şagirdləri yaşıl iqtisadiyyatla bağlı biliklərlə təmin edən məktəblər müraciət edə bilər.
Beynəlxalq münsiflər heyəti tərəfindən beş finalçı seçiləcək, qaliblər isə ictimai səsvermə nəticəsində müəyyən ediləcək. Daha bir qalib #ForOurPlanet kateqoriyası üzrə seçiləcək. Qaliblər 2025-ci il üzrə ETF Yaşıl Bacarıqlar Mükafatı ilə yanaşı, mükafatlandırma mərasiminə dəvət ediləcəklər və ETF vasitəsilə kommunikasiyalar və onların təşəbbüslərini nümayiş etdirən qısa filmlərlə daha böyük kütləyə çatdırılmasına imkan qazanacaqlar.
Müraciət etmək üçün namizədlər ingilis, fransız və ya rus dilində onlayn ərizə formasını doldurub 7 mart 2025-ci il (Mərkəzi Avropa vaxtı ilə 23:59) tarixinədək təqdim etməlidirlər.
Əvvəlki illərdə mükafata layiq görülənlər arasında Azərbaycandan Inkoel adlı bir layihə olub.
Avropa Təlim Fondu (ETF) Avropa İttifaqının qonşu ölkələrdə təhsil, təlim və əmək bazarında islahatların aparılmasında dəstək verən bir qurumudur. ETF bacarıqların inkişafı vasitəsilə dayanıqlığın artırılmasında fəal çalışır və cəmiyyətlərin karbon-neytral və dairəvi iqtisadiyyatlar istiqamətində keçidinə kömək edir.
İcra olunmağa başladığı 2021-ci ildən etibarən bu mükafat dairəvi və karbon-neytral iqtisadiyyatlar üçün bacarıqların inkişafında qabaqcıl təcrübələrin nümayiş etdirilməsi üçün aparıcı platforma kimi özünü təsdiq edib.
Daha çox öyrən
BAĞLANIŞ TARİXİ:
ÇOX OXUYUR
[popular_posts columns_xl=”4″ columns_l=”4″ columns_m=”3″]