AYİB 2025-ci ildə Azərbaycanda iqtisadi artımı 3%, 2026-cı ildə isə 2,5% səviyyəsində proqnozlaşdırır
2024-cü ildə Azərbaycanda qeyri-neft sektoru və dövlət investisiyaları hesabına iqtisadiyyatın artım tempi xeyli sürətlənib. Real ÜDM 2023-cü ildəki 1,1%-lə müqayisədə 4,1% artıb. Qeyri-neft sektorunda artım bir il əvvəlki 3,7%-ə nisbətən 6,2% təşkil edib. Bunlar Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) fevralın 27-də dərc etdiyi hesabatında qeyd olunub.
Hesabatda deyilir ki, iqtisadi fəaliyyət artan real gəlirlər və infrastruktur investisiyaları ilə dəstəklənib. Neft və qaz sektoru 2024-cü ilin martında Avropaya tədarük üçün qaz hasilatının artması fonunda yenidən artım nümayiş etdirməyə başlayıb.
Bununla belə, inflyasiya səviyyəsi nisbətən aşağı olub. 2024-cü ilin aprel ayında inflyasiya illik ifadədə 0%-ə qədər azalıb (doqquz ildən artıq müddətdə ən aşağı səviyyə) və ilin sonuna inflyasiya 4,9 % təşkil edib. Dövlət tərəfindən qiymətlərin tənzimlənməsi və dünyada ərzaq məhsullarının ucuzlaşması daxili ərzaq qiymətləri üzrə inflyasiyasını sabitləşdirməyə kömək edib.
2025-ci ildə ÜDM artımının 3 faizə, 2026-cı ildə isə 2.5 faizə qədər azalacağı proqnozlaşdırılır, lakin iqtisadi perspektiv neftin qiymətinə və geosiyasi risklərə həssas olaraq qalır. Ortamüddətli perspektivdə Çini Avropa ilə birləşdirən Orta Dəhlizlə yükdaşımalar Azərbaycanın nəqliyyat və logistika sektorları üçün yeni imkanlar yarada bilər. Eyni zamanda, ictimai istehlakın infrastruktur, kənd təsərrüfatı və müdafiə sahələrinə investisiyalar hesabına dəstəklənəcəyi gözlənilir.
Daha çox öyrən
ÇOX OXUYUR
[popular_posts columns_xl=”4″ columns_l=”4″ columns_m=”3″]