EU4Digital Akademiyası “Rəqəmsal marketinqin əsasları” adlı kursa start verib
Aİ tərəfindən maliyyələşdirilən EU4Digital proqramı tərəfindən “Rəqəmsal marketinqin əsasları” adlı yeni kurs işlənib hazırlanıb və EU4Digital Akademiyasında istifadəçilərin istifadəsinə verilib.
Yeni kurs rəqəmsal texnologiyalar və rəqəmsal marketinqin əsas prinsiplərini öyrənmək istəyən qeyri-marketinq komandaları üçün nəzərdə tutulub. Onlar bu kursda iştirak etməklə günümüzün rəqəmsal marketinq mənzərəsi ilə tanış ola biləcəklər.
Kursda iştirak pulsuzdur. İlkin olaraq İngilis dilində olan bu kurs aprel ayının ortalarında Şərq Tərəfdaşlığı (ŞT) ölkələrinin dillərinə tərcümə olunacaq.
Rəqəmsal marketinqin əsasları kursu dünyada rəqəmsal marketinq sahəsində aparıcı təlim təminatçısı hesab edilən Rəqəmsal Marketinq İnstitutu (DMI) tərəfindən hazırlanıb. ŞT ölkələri üçün nəzərdə tutulmuş bu kurs EU4Digital Akademiyası və DMI arasında əməkdaşlığın nəticəsidir. Kursa atingi platformasında qoşulmaq olar.
Sərbəst qrafikli kursu bitirmək üçün maksimum 5 saat tələb olunur. İştirakçılar kursu bitirdikdən sonra EU4Digital tərəfindən sertifikatlarla təmin olunacaqlar.
EU4Digital Akademiyası hər bir Şərq Tərəfdaşlığı ölkəsinə uyğun təlim kursları təqdim etmək məqsədilə ən yaxşı təminatçılarla və platformalarla əməkdaşlıq edir. Hər bir ölkənin ehtiyaclarına uyğun tərtib olunmuş “Aİ satış platformalarında elektron ticarət” mövzusunda kursda artıq 4800 nəfər iştirak edib və onlardan 600-ü bu kursu müvəffəqiyyətlə bitirib. Yaxın aylarda “Kibertəhlükəsizlik” mövzusunda kursun istifadəyə verilməsi nəzərdə tutulub.
Daha çox öyrən
BAĞLANIŞ TARİXİ:
ÇOX OXUYUR
[popular_posts columns_xl=”4″ columns_l=”4″ columns_m=”3″]