AYİB Azərbaycan bankına 10 milyon dollar məbləğində kredit ayırıb
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanın aparıcı kommersiya banklarından biri və AYİB-in uzunmüddətli partnyoru olan Bank Respublika üçün 10 milyon ABŞ dolları məbləğində (yerli valyuta ilə) kredit ayırıb. AYİB bu barədə məlumatı aprelin 28-də açıqlayıb.
Bank Respublika bu vəsaitlərdən mikro, kiçik və orta ölçülü sahibkarlıq müəssisələrinin (MKOM-lar) dəstəklənməsi üçün istifadə edəcək.
Kreditin məqsədi Azərbaycan müəssisələrinə yerli valyuta ilə orta müddətə maliyyələşdirmə təmin etməklə özəl sektorda rəqabəti artırmaqdır. Kreditin əsas hissəsi paytaxtdan kənarda, xüsusilə də ucqar rayonlarda fəaliyyət göstərən MKOM-lara kreditlərin verilməsi üçün ayrılacaq.
Bu kredit əməliyyatı Avropa İttifaqının Dayanıqlı İnkişaf üçün Avropa Fondu Plus (EFSD+) vasitəsilə dəstəklənəcək.
EFSD+ maliyyə inklüzivliyi proqramı olaraq MKOM-ların hüquq və imkanlarını artırmaq və onların inkişafını dəstəkləmək məqsədi daşıyır. Sözügedən proqramın maliyyə alətləri ən çox maliyyəyə ehtiyacı olan şirkətlərə kreditlərin verilməsi üçün vasitəçi banklar tapır.
Daha çox öyrən
ÇOX OXUYUR
[popular_posts columns_xl=”4″ columns_l=”4″ columns_m=”3″]