AYİB: 2025-ci ildə Azərbaycanda iqtisadi artım 3% səviyyəsində proqnozlaşdırılır
2024-cü ildə Azərbaycan iqtisadiyyatı qeyri-neft sektoru və dövlət sərmayələri hesabına sürətlə inkişaf edib. Bunlar Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) tərəfindən hazırlanan iqtisadi hesabatın son buraxılışında qeyd olunub.
Real ÜDM 2023-cü ildəki 1,1%-lə müqayisədə 2024-cü ildə 4,1% artıb. Qeyri-neft sektorunda artım bir il əvvəlki 3,7%-ə nisbətən 6,2% təşkil edib. İnkişafa təkan verən əsas qeyri-neft sektorları arasında tikinti, İKT, nəqliyyat və turizm sektorlarıdır.
İqtisadi fəaliyyət artan real gəlirlər və infrastruktur sərmayələri ilə dəstəklənib. Neft və qaz sektoru 2024-cü ilin martında Avropaya tədarük üçün qaz hasilatının artması fonunda yenidən artım nümayiş etdirməyə başlayıb. 2025-ci ilin ilk rübündə real ÜDM 2024-cü ilin eyni dövründə qeydə alınan 4 faiz ilə müqayisədə illik ifadədə cəmi 0,3 faiz artıb.
Bu da qeyri-neft sektorunun davamlı artımına baxmayaraq, neft və qaz hasilatının azalması ilə əlaqədardır.
Bununla belə, inflyasiya səviyyəsi nisbətən aşağı olub. 2024-cü ilin aprel ayında inflyasiya illik ifadədə 0%-ə qədər azalıb (doqquz ildən artıq müddətdə ən aşağı səviyyə) və 2025-ci ilin mart ayında inflyasiya 5,9% təşkil edib. Bu dövrdə əsasən ərzaq məhsullarının və xidmətlərin bahalaşması səbəbindən inflyasiya Azərbaycan Mərkəzi Bankının (AMB) hədəf dəhlizi daxilində (4% ±2%) qalıb.
2025-ci ildə iqtisadi artımın 3%, 2026-cı ildə isə 2,5% səviyyəsində olacağı proqnozlaşdırılır. Bu inkişaf ölkə iqtisadiyyatının qeyri-neft sektorlarında davamlı artım və dayanıqlı dövlət sərmayələri ilə dəstəklənir.
Lakin ticarət siyasətində artan qeyri-müəyyənlik, zəifləyən xarici tələb və regional normallaşma səylərində potensial geriləmələr kontekstində iqtisadi perspektiv neft və qazın qiymətinə və geosiyasi risklərə həssas olaraq qalır.
Ortamüddətli perspektivdə Çini Avropa ilə birləşdirən Orta Dəhlizlə yükdaşımalar Azərbaycanın nəqliyyat və logistika sektorları üçün yeni imkanlar yarada bilər. Eyni zamanda, sülh quruculuğu səyləri yeni ticarət marşrutlarına və investisiya axınlarına şərait yarada bilər.
Daha çox öyrən
ÇOX OXUYUR
[popular_posts columns_xl=”4″ columns_l=”4″ columns_m=”3″]