Dayanıqlığın gücləndirilməsi: Şərq Tərəfdaşlığındakı vətəndaş cəmiyyəti təşkilatları üçün Aİ tərəfindən maliyyələşdirilən qrant proqramları
Transatlantik Fondu (TF) ABŞ-ın Alman Marşal Fondunun Qara Dəniz Regional Əməkdaşlıq Proqramı ilə birgə əməkdaşlığı çərçivəsində Şərq Tərəfdaşlığı ölkələrində fəaliyyət göstərən vətəndaş cəmiyyəti təşkilatlarından (VCT-lər) layihə təkliflərinin qəbuluna başlanıb. Məqsəd cari və gələcək çətinliklərə tab gətirmək və onlara uyğunlaşma prosesində VCT-lərin dayanıqlığının artırılmasıdır.
Layihə təkliflərinin qəbuluna Avropa Komissiyası tərəfindən maliyyələşdirilən və Transatlantik Fondunun (TF) rəhbərlik etdiyi “Şərq Tərəfdaşlığında Vətəndaş Cəmiyyətinin Dayanıqlığının Artırılması (ERICS-EaP) layihəsi çərçivəsində başlanıb.
Layihələrin qəbulunun əsas məqsədi VCT-lərin uzunmüddətli dayanıqlığı üçün son dərəcə vacib sahələrə strateji sərmayələrin yatırılmasının dəstəklənməsidir.
VCT-lər dayanıqlığın artırılmasına yönəlmiş müxtəlif fəaliyyətlərinin dəstəklənməsi məqsədilə maliyyə üçün müraciət edə bilər. Buraya işçi heyətinin təhlükəsizliyi və rifahı, İT infrastrukturunun yenilənməsi və kibertəhlükəsizliyin artırılması, ekspert məsləhəti və digər məsləhət xidmətləri, kommunikasiya strategiyaları və alətlərinin gücləndirilməsi və hüquqi xidmət ilə əlaqədar xərclərin qarşılanması daxildir. Transsərhəd fəaliyyətlər və şəbəkələrin qurulması üzrə layihələr arzuolunandır.
Bu layihə təkliflərinin qəbulunda maksimum beş ay müddətini əhatə edən layihələr üçün 10 000 avro qrant yardımının ayrılması nəzərdə tutulur.
Müraciət üçün son tarix iyun ayının 13-dür.
Daha çox öyrən
BAĞLANIŞ TARİXİ:
ÇOX OXUYUR
[popular_posts columns_xl=”4″ columns_l=”4″ columns_m=”3″]