Avropa Rəqəmsal Bacarıqlar Mükafatı 2025 – iyulun 15-dək müraciət edin
Aİ tərəfindən maliyyələşdirilən Rəqəmsal bacarıqlar və məşğulluq platforması 2025-ci il üzrə Rəqəmsal Bacarıqlar Mükafatı üçün layihə və təşəbbüslərin qəbuluna başlayıb.
2025-ci il üzrə mükafat beş kateqoriya üzrə təqdim olunacaq:
- İş yerində rəqəmsal texnologiyalar sahəsində bacarıqların təkmilləşdirilməsi: müxtəlif sektorlarda və KOB-larda işçi qüvvəsinin rəqəmsal texnologiyalar sahəsində bacarıqlarının artırılması və yenidən ixtisaslaşmasına yönəlmiş və bütün səviyyələrdə İKT mütəxəssislərinin məşğulluğuna şərait yaradan təşəbbüslər.
- Təhsil üzrə rəqəmsal bacarıqlar: xüsusilə müəllimlər və/və ya tələbələr, peşə məktəbləri və məktəb rəhbərləri üçün rəqəmsal texnologiyalar sahəsində yenidən ixtisaslaşmanı nəzərdə tutan layihələr.
- Rəqəmsallaşan dünyaya inteqrasiya:
- Etnik azlıqlar, miqrantlar, əlillər, təcrid olunmuş yaşlı insanlar və uşaqlar, ucqar regionlarda yaşayan və yüksək risk qrupuna aid şəxslər daxil olmaqla, lakin bununla məhdudlaşmayaraq, yoxsulluq, sosial təcrid, ayrı-seçkilik və zorakılıq riski altında olan qruplar üçün rəqəmsal texnologiyalar sahəsində təlim və media sahəsində savadlılığa imkan yaradan təşəbbüslər;
- Rəqəmsal əlçatanlıq üzrə bacarıqların inkişafına yönəlmiş təşəbbüslər.
- İKT sektorunda çalışan qadınlar: işçi qüvvəsində qadınların rəqəmsal texnologiyalar sahəsində yenidən ixtisaslaşması üzrə imkanların təqdim olunması və gənc qızların İKT sahəsində karyera qurmağa həvəsləndirilməsi ilə İKT sahəsində qadınların sayının artırılmasına yönəlmiş layihələr.
- Kibertəhlükəsizlik üzrə bacarıqlar: Vətəndaşların və KOB-ların kibertəhlükəsizlik üzrə bacarıqlarının inkişafı üçün işlənib hazırlanmışdır.
Mükafatı almaq üçün dövlət və qeyri-dövlət müəssisələri, təhsil ocaqları, yerli təşəbbüslər və ya Aİ tərəfindən maliyyələşdirilən layihə konsorsiumları müraciət edə bilər. Hal-hazırda icra olunan və məqsədinin azı yarısına çatan layihə və ya təşəbbüs və ya icrası 2024-cü ilin yanvar ayından sonra tamamlanan layihələr təqdim oluna bilər. Layihə və ya təşəbbüs azı bir Aİ-yə üzv ölkədə icra olunmalıdır. Aİ-yə üzv olmayan ölkələrdə həyata keçirilən layihələri də təqdim etmək olar, amma onların Aİ-yə üzv ölkədəki təsiri nümayiş etdirilməlidir.
Müraciət üçün son tarix iyul ayının 15-dir.
Daha çox öyrən
BAĞLANIŞ TARİXİ:
ÇOX OXUYUR
[popular_posts columns_xl=”4″ columns_l=”4″ columns_m=”3″]