Skip to main content
EU4Digital Akademiyasının “Kibertəhlükəsizliyə” dair kursu artıq Azərbaycan dilindədir
İyul 1, 2025

EU4Digital Akademiyasının “Kibertəhlükəsizliyə” dair kursu artıq Azərbaycan dilindədir


Azərbaycanda kiçik və orta sahibkarlıq müəssisələri (KOB-lar) və vətəndaşlar EU4Digital Akademiyasının “Kibertəhlükəsizlik” adlı kursunda iştirak etməyə dəvət edirlirlər. Bu kursda iştirak etməklə şəxsi və ya peşəkar istifadə üçün rəqəmsal texnologiyalarla bağlı təhlükəsizliyinizi təmin edəcək bilik və alətlərə yiyələnəcəksiniz. Onlayn istifadəçiləri dəstəkləmək məqsədilə sözügedən ödənişsiz təlim kursu Azərbaycan dilinə tərcümə edilib. 

Təlim kursu bu sahədə məlumatlılığını və bacarıqlarını artırmaq istəyən qeyri-peşəkarlar üçün nəzərdə tutulub. Kibertəhlükəsizliyin əsas prinsipləri və mühüm bacarıqlarının aşılanması ilə başlayan kursu sərbəst qrafiklə təxminən beş saata bitirmək mümkündür.

Kursda iştirak edən şəxslərə Aİ ilə uyğunlaşdırılmış mikroetimadnamə təqdim olunur. Nişan formasında olan bu etimadnamələri yeni bacarıq və biliklərin sübutu kimi sosial mediada paylaşa və ya CV-də yerləşdirə bilərsiniz.

Bu kurs Finlandiyanın aparıcı onlayn təhsil provayderi olan “MinnaLearn” tərəfindən hazırlanmışdır. Kursda Şərq Tərəfdaşlığı ölkələri olan Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Ukraynada yaşayan və kibertəhlükəsizlik mövzusu ilə maraqlanan istənilən vətəndaş, kiçik sahibkarlıq müəssisələrinin əməkdaşları və digər şəxslər iştirak edə bilər. Kursa İngilis, ErməniRumın dillərində də qatılmaq olar. 

Daha çox öyrən

Mətbuat üçün açıqlama

EU4Digital Akademiyasının Azərbaycan dilində “Kibertəhlükəsizlik” adlı kursuna qeydiyyat

BAĞLANIŞ TARİXİ:

Dekabr 31, 2025


ÇOX OXUYUR

[popular_posts columns_xl=”4″ columns_l=”4″ columns_m=”3″]


[yea_euprojectshortlist]

ƏLAQƏLİ

[posts_by_post_tax]

Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,