Skip to main content

Haqqımızda


Avropa İttifaqının (Aİ) Şərq Qonşuluğu ölkələri ilə tərəfdaşlığında kommunikasiya əsas prioritetlərdən biridir və insanlara Aİ-nin fəaliyyətini və onun Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna ilə əməkdaşlığını anlamağa kömək edir. 

Bu baxımdan EUNEIGHBOURS east internet səhifəsi olduqca vacib kommunikasiya platforması olaraq Avropa İttifaqı ilə onun Şərq Tərəfdaşlığı ölkələri arasında əməkdaşlıq və əlaqələrinə dair bütün lazimi məlumatları çatdıran vahid informasiya mərkəzi rolunu oynayır. Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı, EU NEIGHBOURS east tərəfindən hazırlanmışdır.

Proqramın (2020-2026) məqsədi kommunikasiyalara dair fəaliyyətləri gücləndirmək, Aİ və onun siyasətləri haqqında daha geniş təsəvvür yaratmaq və Aİ və onun Şərq Qonşuluğu regionunda dezinformasiyalara qarşı ictimai dayanıqlıq formalaşdırmaqdır. Bu proqram Avropa İttifaqının Şərq Tərəfdaşlığı ölkələrindəki Nümayəndəliklərinin kommunikasiya səylərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş DirektoratıAvropa Xarici Fəaliyyəti Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir.

EUNEIGHBOURS east internet səhifəsinin idarə olunması ilə yanaşı, proqramın fəaliyyətlərinə gənc fəallar, media tərəfdaşları, yerli dövlət orqanları, vətəndaş cəmiyyəti təşkilatları, elmi dairələr və müxtəlif peşəkar şəbəkə və assosiasiyalar ilə tərəfdaşlıq çərçivəsində həyata keçirilən tematik kommunikasiya kampaniyaları, ictimai diplomatiya və daha böyük əhali kütləsinin məlumatlandırılmasına yönəlmiş fəaliyyətlər daxildir. Bu proqram həmçinin Gənc Avropa səfirləri şəbəkəsinin idarə olunması ilə məşğul olur.

Proqram OPEN east layihəsinin (2015-2020) və Aİ-nin Qonşuluq regionu üzrə Məlumat Mərkəzi (EU Neighbourhood Info Centre) layihəsinin (2009-2015) nailiyyətləri əsasında işlənib hazırlanmışdır.

Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (2020-2026) GOPA PACE şirkətinin idarə etdiyi konsorsium tərəfindən icra olunur.

Əlaqə məlumatları

Ümumi sorğular üçün:

info@euneighbourseast.eu

Gənc Avropa səfirləri ilə bağlı məlumat üçün:

Ümumi məlumat: yeas@euneighbourseast.eu

Gənc Avropa səfirləri Azərbaycanda: yeas.azerbaijan@euneighbourseast.eu


Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,