Skip to main content

Author: Ksenia Eggert

Gənc Avropa səfirləri “Global Gateway” forumunda iştirak ediblər 

9–10 oktyabr tarixlərində Moldova və Azərbaycandan olan iki Gənc Avropa səfiri (YEAs) Brüsseldə keçirilən “Global Gateway” Forumunda iştirak ediblər.  Forum davamlı investisiyalar vasitəsilə qlobal əlaqələri gücləndirmək yollarını müzakirə etmək üçün hökumətlər, maliyyə institutları, özəl sektor və vətəndaş cəmiyyətinin yüksək səviyyəli nümayəndələrini bir araya gətirib. Tədbir günümüzdəki geosiyasi və geoiqtisadi çağırışlar fonunda bütün dünyada ədalətli və davamlı tərəfdaşlıqları təşviq etmək üçün Aİ-nin əsas strategiyası olan “Global Gateway” strategiyasının təşviqinə həsr...

Continue reading

Azərbaycanda yenidən “Avropada təhsil” sərgisi keçiriləcək

Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyi Avropada təhsil üzrə imkanları tədqiq etmək üçün gəncləri “Avropada təhsil” sərgisində iştirak etməyə dəvət edir.  Bakıda keçiriləcək tədbirdə iştirak edən şəxslər universitetlərin və yerli təhsil üzrə qurumların nümayəndələri ilə görüşmək və Erasmus+ proqramı haqqında məlumat almaq imkanı qazanacaqlar. Tədbirin proqramına Erasmus+ proqramına ərizə ilə müraciət üzrə seminar da daxildir. Burada proqramda iştirak etmək üçün ərizə ilə müraciətin hazırlanması və təqdim edilməsini əhatə edən mərhələli təlimatlarla tanış ola...

Continue reading

Oktyabrın 11-də Bakıda “Avropa təamları” kulinariya festivalı keçiriləcək

Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyi hər kəsi Bakıda keçiriləcək “Avropa təamları” adlı Avropa kulinariya festivalında iştirak etməyə dəvət edir. Tədbir 11 oktyabr Avropa Oyunları Parkında (Su İdmanı Sarayının arxası) keçiriləcək. Festivala saat 13:00-da start veriləcək. “Sizi Avropa kulinariya festivalına dəvət edirik! Burada sizi Avropanın ən dadlı yeməkləri, canlı yemək bişirmə şouları və əsl bayram ab-havası sizi gözləyir”, – Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin Facebook paylaşımında deyilir. Daha çox öyrənin Mətbuat üçün açıqlama

Continue reading

Avropa Kodlaşdırma Həftəsi 2025: rəqəmsal savadlılıq, hesablama düşüncəsi və proqramlaşdırma

Bu il Avropa İttifaqının (Aİ) Kodlaşdırma Həftəsi 11-26 oktyabr tarixləri arasında təşkil olunacaq. Aİ Kodlaşdırma Həftəsi artıq 13-cü dəfə keçirilir. Aİ Kodlaşdırma Həftəsi Avropa Komissiyasının bütün Avropa ölkələrində rəqəmsal savadlılıq, hesablama düşüncəsi və proqramlaşdırmanı təşviq etməyə yönəlmiş bir təşəbbüsüdür. Aİ Kodlaşdırma Həftəsi təşəbbüsü gənclərin kodlaşdırma sahəsinə maraqlarını artırmaqla yanaşı, onları elm, texnologiya, mühəndislik və riyaziyyat (STEM) sahələrində karyera qurmağa təşviq edir. 2013-cü ildən etibarən keçirilən və milyonlarla insanın qatıldığı Aİ...

Continue reading

“Rəqəmsal marketinqin əsasları” kursu artıq Şərq Tərəfdaşlığı ölkələrinin dillərində əlçatandır

EU4Digital Akademiyasının “Rəqəmsal marketinqin əsasları” adlı kursu artıq yalnız İngilis dilində deyil, həm də Azərbaycan, Erməni, Rumın və Ukrayna dillərində istifadəçilərin ixtiyarına verilib. Kurs EU4Digital proqramı tərəfindən hazırlanıb.  Adətən ödənişli olan bu kurs Şərq Tərəfdaşlığı ölkələrinin vətəndaşları üçün pulsuz təqdim edilib. Kursda iştirak etmək üçün EU4Digital Akademiyasında qeydiyyatdan keçmək tələb olunur. Yeni kurs rəqəmsal texnologiyalar və rəqəmsal marketinqin əsas prinsiplərini öyrənmək istəyən qeyri-marketinq komandaları üçün nəzərdə tutulub. Onlar bu kursda...

Continue reading

Azərbaycandakı Gənc Avropa səfirləri Avropa Dilləri Gününü qeyd ediblər

Azərbaycandakı Gənc Avropa səfirləri (YEAs) Avropanın zəngin mədəni və dil irsini qeyd edən Avropa Dilləri Günü münasibətilə Bakıda interaktiv tədbir təşkil ediblər. Tədbirə 60-dan çox gənc qatılıb. Tədbirdə Avropa dillərini öyrənmək haqqında ilhamverici hekayələrdən tutmuş əyləncəli yarışmalara qədər, dil öyrənənlər üçün praktik məsləhətlər və resurslar yer alıb.  İştirakçılar həmçinin mətnlərdə dilləri tanımaq, səslə onları ayırd etmək və digər oyunlarla bacarıqlarını sınamaq kimi canlı fəaliyyətlərdə iştirak ediblər.  Tədbirdə Litva və Almaniya Səfirliklərinin...

Continue reading

“Avropa Dalğası”podkastının yeni buraxılışında Litvada Azərbaycanlı gənclər üçün təhsil imkanlarından danışılıb

Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyi tərəfindən “Avropa Dalğası” adlı podkastın yeni buraxılışı təqdim edilib. Podkastın bu dəfəki qonağı Litvanın Azərbaycandakı səfiri Kestitus Vaşkeleviçus olmuşdur. Müsahibəni Azərbaycandakı Gənc Avropa səfiri Röya Cəfərzadə aparıb. Bu buraxılışda Avropada təhsil, Litva universitetlərinə qəbul imkanları və Aİ-də gənclər üçün geniş perspektivlərdən danışılıb. Gənc Avropa səfirləri (YEAs) təşəbbüsü dialoqu təşviq etmək və Aİ ilə əməkdaşlıq haqqında məlumatlılığı artırmaq üçün altı Şərq Tərəfdaşlığı ölkəsi, Avropa İttifaqı və Böyük...

Continue reading

AYİB-in Vətəndaş Cəmiyyəti üzrə Koordinasiya Komitəsinə üzvlük üçün müraciətlər qəbul olunur

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna daxil olmaqla AYİB-in hazırda sərmayə yatırdığı bir və ya bir neçə ölkədə yerləşən və ya bu ölkələrdə fəal şəkildə fəaliyyət göstərən vətəndaş cəmiyyəti təşkilatlarının (VCT-lər) nümayəndələrini özünün Vətəndaş Cəmiyyətinin Koordinasiyası Komitəsinə qoşulmağa dəvət edir. Komitə AYİB və VCT-lər arasında dialoq və tərəfdaşlığı gücləndirmək məqsədi daşıyan əlavə məsləhət və məşvərət platforması rolunu oynayır. 2024-cü ildə təsis edilən bu komitə AYİB-in fəaliyyət göstərdiyi bütün regionlarda...

Continue reading

Komissar Marta Kos Aİ-nin Azərbaycan və Ermənistan arasındakı normallaşma prosesinə və regional əlaqələrə dəstəyini bir daha təsdiqləyib

Sentyabrın 21-də Avropa İttifaqının (Aİ) Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Komissarı Marta Kos Azərbaycana və Ermənistana üçgünlük səfərinin yekunu ilə bağlı bəyanatla çıxış edib. O, Aİ-nin Cənubi Qafqazda sülh, sabitlik və iqtisadi inkişafa sadiqliyini bir daha təsdiqləyib.  Aİ nəqliyyat əlaqələrinin bərpası və məqsədyönlü infrastruktur layihələrinə sərmayələrin ayrılması ilə yanaşı, islahatların inteqrasiyası vasitəsilə hər iki ölkə ilə əlaqələri gücləndirmək niyyətindədir. “Aİ Azərbaycan və Ermənistan arasındakı normallaşma prosesini qətiyyətlə dəstəkləyir və...

Continue reading

Aİ Azərbaycan və Moldova üzrə yeni səfirlər təyin edib

Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali nümayəndəsi Kaya Kallas Avropa İttifaqının 36 ölkədəki Nümayəndəliyinə (Azərbaycan və Moldovadakı Nümayəndəliklər daxil olmaqla) yeni rəhbərlərin təyin edildiyini açıqlayıb.  Mariyana Kuyundziç Aİ-nin Azərbaycandakı səfiri təyin edilib. O, hal-hazırda Siyasi və Təhlükəsizlik Komitəsində Xorvatiyanın nümayəndəsi vəzifəsində çalışır. Digər vəzifələr ilə yanaşı, o, daha əvvəl Xorvatiyanın Aİ yanında Daimi Nümayəndəliyində Xarici Əlaqələr və Mərkəzləşdirilməmiş Əməkdaşlıq Komissiyası üzrə məsləhətçi vəzifəsində çalışıb. Mariyana...

Continue reading

Avropa İttifaqının Azərbaycandakı səfiri Peter Mixalkonun səlahiyyət müddəti başa çatıb

Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri səfir Peter Mixalko bu ölkədəki dördillik diplomatik xidmətini başa vurub və Nümayəndəliyin əməkdaşları ilə vidalaşıb.  “Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlığın möhkəmləndirilməsi yolunda göstərdiyi fədakarlıq və töhfə üçün ona dərin minnətdarlığımızı bildiririk. Cənab səfirə və xanımı Miroslava Mixalkovaya gələcək fəaliyyətlərində uğurlar arzulayırıq. Azərbaycanda onlar üçün şübhəsiz darıxacağıq”. Bu sözlər Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin Facebook səhifəsində paylaşılıb. Aİ-nin Azərbaycandakı...

Continue reading

EUcraft oyununu oynamaqla Avropa İttifaqının Nazirlər Şurasının qərar qəbuletmə prosesi ilə tanış olun

Avropa İttifaqının Nazirlər Şurası real məsələlərlə bağlı danışıqlar aparmaqla Aİ-də qərar qəbuletmə prosesində iştirak etmək istəyən şəxsləri EUcraft oyununu oynamağa dəvət edir.  Bu rəqəmsal simulyatorun həm brauzer, həm də mobil versiyası mövcuddur. Oyun 15 yaşdan böyük şəxslər üçün nəzərdə tutulub. EUcraft real danışıqlar prosesinə və real mövzulara əsaslanan öyrədici oyundur. Cihazlar üçün vahid enerji doldurma cihazının tətbiqi ilə razılaşmaq, birdəfəlik istifadə üçün nəzərdə tutulmuş plastik məmulatları qadağan etmək və ya elektrik avtomobillərə və daha yaşıl binalara...

Continue reading

EU4Business: Şərq Tərəfdaşlığı ölkələrindəki KOB-lara dəstək 950,6 milyon avro əlavə gəlir və 27 313 yeni iş yeri ilə nəticələnib

Aİ tərəfindən maliyyələşdirilən EU4Business təşəbbüsü çərçivəsində ümumi regionda və hər bir ölkə üzrə keçən ilin əsas nəticələrinin ümumi icmalını əks etdirən Şərq Tərəfdaşlığı (ŞT) ölkələri üzrə “Vətəndaşların xülasəsi 2025” adlı hesabat dərc edilib. 2024-cü ildə Şərq Tərəfdaşlığı ölkələrində EU4Business təşəbbüsü çərçivəsində 80 146 KOB dəstəklənib və bu, əlavə olaraq 950,6 milyon avro qazanc, 120 763 yeni iş yeri, həmin KOB-ların ticarət dövriyyəsinin 10,6%, ixrac həcminin isə 9,8% artması ilə nəticələnib. Azərbaycanda 7038 KOB EU4Business təşəbbüsü tərəfindən dəstəklənib və...

Continue reading

Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,