Skip to main content
Aİ Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyasında dəstəyini təklif edib
[featured_image_copyright]
Dekabr 15, 2021

Aİ Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyasında dəstəyini təklif edib


Dekabrın 14-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Brüsseldə Azərbaycan Prezidenti İlham Aliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla görüş keçirib. Görüşdə Cənubi Qafqazdakı mövcud vəziyyət və Aİ-nin hər iki ölkə ilə münasibətlərinin gələcək perspektivləri müzakirə olunub. 

Şarl Mişel gərginliyin azaldılmasını təmin etmək məqsədilə hər iki ölkə liderinin atdığı addımları, xüsusən də onun təşəbbüsü ilə hər iki ölkənin müdafiə nazirləri arasında birbaşa rabitə əlaqəsinin yaradılmasını yüksək qiymətləndirib. 

Avropa İttifaqı Şurasının sədri həmçinin bu yaxınlarda Azərbaycan tərəfindən on erməni əsirinin azad edilməsini və Ermənistan tərəfindən bütün mina xəritələrinin Azərbaycana verilməsini alqışlayıb. O, tərəfləri həll olunmamış bütün humanitar məsələlərin tam və qısa müddət ərzində həll olunmasına çağırıb. 

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə danışıqların başlanması kontekstində yerlərdə gərginliyin azaldılması üçün əlavə konkret addımların atılmasının əhəmiyyətinə dair razılığa gəliblər. Cənab Mişel bildirib ki, Aİ hər iki ölkəyə texniki yardım vasitəsilə sərhədlərin delimitasiyası və demarkasiyası işini dəstəkləmək üçün ekspert missiyası və ya məsləhət qrupu göndərməyə hazırdır.

Daha ətraflı öyrən

Mətbuat üçün açıqlama



ÇOX OXUYUR

[popular_posts columns_xl=”4″ columns_l=”4″ columns_m=”3″]


[related_news]
[yea_euprojectshortlist]

ƏLAQƏLİ

[posts_by_post_tax]

Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,