Skip to main content
Aİ Azərbaycan və Moldova üzrə yeni səfirlər təyin edib
[featured_image_copyright]
Sentyabr 2, 2025

Aİ Azərbaycan və Moldova üzrə yeni səfirlər təyin edib


Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali nümayəndəsi Kaya Kallas Avropa İttifaqının 36 ölkədəki Nümayəndəliyinə (Azərbaycan və Moldovadakı Nümayəndəliklər daxil olmaqla) yeni rəhbərlərin təyin edildiyini açıqlayıb. 

Mariyana Kuyundziç Aİ-nin Azərbaycandakı səfiri təyin edilib. O, hal-hazırda Siyasi və Təhlükəsizlik Komitəsində Xorvatiyanın nümayəndəsi vəzifəsində çalışır. Digər vəzifələr ilə yanaşı, o, daha əvvəl Xorvatiyanın Aİ yanında Daimi Nümayəndəliyində Xarici Əlaqələr və Mərkəzləşdirilməmiş Əməkdaşlıq Komissiyası üzrə məsləhətçi vəzifəsində çalışıb. Mariyana Kuyundziç bu yaxınlarda Bakıda dördillik diplomatik xidmətini başa vuran Aİ-nin Azərbaycandakı keçmiş səfiri Peter Mixalkonu əvəz edəcək.

İvona Piorko Bermiq Aİ-nin Moldovadakı səfiri təyin edilib. O, hal-hazırda Aİ-nin Sinqapurdakı səfiri vəzifəsini icra edir. O, daha əvvəl Avropa Komissiyasının Daxili Bazar, Sənaye, Sahibkarlıq və KOB-lar üzrə Baş Direktoratının beynəlxalq əlaqələr şöbəsinin rəhbəri vəzifəsində çalışıb. Piorko Bermiq son dörd il ərzində Aİ-nin Moldovadakı səfiri olmuş Yanis Mazeiksi əvəz edəcək. 

Daha çox öyrən:

Mətbuat üçün açıqlama



ÇOX OXUYUR

[popular_posts columns_xl=”4″ columns_l=”4″ columns_m=”3″]


[related_news]
[yea_euprojectshortlist]

ƏLAQƏLİ

[posts_by_post_tax]

Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,