Skip to main content
Aİ-nin Azərbaycandakı Nümayəndəliyi və Gənc Avropa səfirləri qadın liderliyi mövzusunda tədbir təşkil edib
[featured_image_copyright]
Mart 14, 2025

Aİ-nin Azərbaycandakı Nümayəndəliyi və Gənc Avropa səfirləri qadın liderliyi mövzusunda tədbir təşkil edib


Martın 7-də Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi, Belçika Krallığının Bakıdakı səfirliyi və Gənc Avropa səfirləri (YEAs) “Maneələrin qaradan qaldırılması və çətinliklərin öhdəsindən gəlmək” adlı tədbir təşkil edib. Məqsəd dayanıqlığı, liderliyi və qadınların diplomatiya, STEM və incəsənətdə qadınların rolunu vurğulamaqdır.

Tədbir fiziki məhdud şəxslərin işlədiyi sosial inklüziv məkan olan Kaşalata kafesində baş tutub və qadın liderlərin, o cümlədən diplomatların, ekspertlərin və digərlərinin iştirakı ilə panel müzakirə keçirilib. Onlar çətinliklərin öhdəsindən gəlmək və stereotipləri aradan qaldırmaq üçün təcrübələrini bölüşüblər.

Avropa İttifaqının Azərbaycandakı səfiri Peter Mixalko iştirakçıları salamlayaraq bildirib: “Avropa İttifaqı uzun müddətdir ki, gender bərabərliyi və qadınların səlahiyyətlərinin artırılması sahəsində mühüm işlər görür. Biz inanırıq ki, qadınların imkanlara, təhsilə və liderlik rollarına bərabər çıxışı olduqda cəmiyyətlər daha firavan, innovativ və dayanıqlı olur”. Gənc Avropa səfirləri (YEAs) təşəbbüsü dialoqu təşviq etmək və Aİ ilə əməkdaşlıq haqqında məlumatlılığı artırmaq üçün altı Şərq Tərəfdaşlığı ölkəsi, Avropa İttifaqı və Böyük Britaniyadan olan fəal gəncləri birləşdirən şəbəkədir.



ÇOX OXUYUR

[popular_posts columns_xl=”4″ columns_l=”4″ columns_m=”3″]


[related_news]
[yea_euprojectshortlist]

ƏLAQƏLİ

[posts_by_post_tax]

Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,