Skip to main content
İyul 19, 2021

Aİ Şərq Tərəfdaşlığı ölkələrində EU4Energy layihəsinin yeni fazasının icrasına başlayıb


İyulun 8-də Avropa Komissiyası EU4Energy proqramının “Şərq Tərəfdaşlığı ölkələrində ekoloji cəhətdən təmiz enerjiyə keçidin təşviqi: EU4Energy Faza II” adlı ikinci fazasının icrasına başlayıb.

2024-cü ilin dekabrına qədər davam edəcək proqramın məqsədi enerjiyə dair etibarlı qanunvericilik və normativ-hüquqi bazaların yaradılmasına töhfə vermək, regionun təmiz enerjiyə keçidini və bu regionda enerji bazarlarının liberallaşdırılmasını dəstəkləməkdir.

Proqram qarşıda duran yeni vəzifələr və imkanları əhatə edəcək. Buraya xərclərin əksetdirmə qabiliyyətinin təşviqi ilə yanaşı, bazarın enerji ilə əlaqəli bütün seqmentlərində rəqəmsal texnologiyaların tədricən tətbiqi daxildir. Şərq Tərəfdaşlığı ölkələrinin vətəndaşları dayanıqlı enerji sərmayələrindən, infrastruktur layihələrin prioritet təşkil etməsindən, regional bazarın inteqrasiyasının və regiondaxili ticarətin gücləndirilməsindən faydalanacaqlar.

Eyni zamanda müzakirə və dəyirmi masalar, o cümlədən vətəndaşların birbaşa səlahiyyətləndirilməsi və iştirakının artırılması məqsədi daşıyan bir sıra kampaniyalar vasitəsilə Şərq Tərəfdaşlığı ölkələrinin vətəndaşlarının proqramın fəaliyyətlərinə cəlb olunmasını təşviq etmək nəzərdə tutulub. Proqramda gender bərabərliyi, qadınların enerji sektorunda iştirakının əhəmiyyəti və onların rəhbər vəzifələrdə çalışmaq potensialına xüsusi diqqət yetiriləcək. 

“Şərq Tərəfdaşlığı ölkələri Aİ qanunvericiliyinin yerli qanunvericiliklərə köçürülməsində və enerji bazarlarının Aİ-də olan enerji bazarlarına uyğunlaşdırılması prosesində müsbət irəliləyişlər əldə ediblər və istehlakçıları səlahiyyətləndirmək və xarici investisiyaları cəlb etmək üçün əlverişli mühit yaratmaq istiqamətində lazımi tədbirlər görüblər”. Bunu Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları üzrə Baş Direktorluğunun (DG NEAR) Avropa Yaşıl Təşəbbüs və Şərq Qonşuluğunda Bağlantı üzrə qrup rəhbəri Maykl Rupp deyib.

“EU4Energy proqramının indiyə qədər qazandığı uğurlar ŞT ölkələri və vətəndaşlarının Avropa dəyərlərinə bağlılığını vurğulayır. Onların rolunu vurğulamaq vacibdir – Avropa İttifaqı öz təcrübəsi ilə kömək edə bilər, ancaq tövsiyələrimizin fəaliyyətə çevrilməsi hökumətlər və vətəndaşlardan asılıdır”,- deyə cənab Rupp əlavə edib.

EU4Energy proqramının büdcəsi ümumilikdə 8,5 milyon avro təşkil edir və Avropa İttifaqı tərəfindən maliyyələşdirilir.

Daha çox öyrən

Mətbuat üçün açıqlama

EU4Energy – Təmiz enerjiyə keçidin təşviqi – Enerjiyə dair statistika və siyasətlərin hazırlanması

EU4Energy – Təmiz enerjiyə keçidin təşviqi – İdarəçilik

EU4Energy – Təmiz enerjiyə keçidin təşviqi – Daha yaxşı tənzimləmə vasitəsilə istehlakçıların səlahiyyətləndirilməsi



ÇOX OXUYUR

[popular_posts columns_xl=”4″ columns_l=”4″ columns_m=”3″]


[related_news]
[yea_euprojectshortlist]

ƏLAQƏLİ

[posts_by_post_tax]

Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,