Aİ yaşıl iqtisadiyyat, səhiyyə və rəqəmsal texnologiyalar sahəsində innovasiyaları dəstəkləmək məqsədilə Horizon Europe proqramının büdcəsini artırır
Mayın 10-da Avropa Komissiyası 2021-2022-ci illər üzrə “Horizon Europe” proqramının iş planına düzəlişlər qəbul edərək proqramın büdcəsini təxminən 562 milyon avro artırıb. Məqsəd ətraf mühit, səhiyyə və rəqəmsal texnologiyalar sahəsindəki problemlərin aradan qaldırılmasına yönəlmiş innovativ həllərin hazırlanması istiqamətində çalışan Aİ missiyalarını (iqlim dəyişikliyi, xərçəng, okean və su, torpaq və neytral iqlim və ağıllı şəhərlər), eləcə də Ukraynadan olan məcburi köçkün tədqiqatçıları dəstəkləməkdir.
Proqramın 2021 və 2022-ci illər üzrə büdcəsi hazırda demək olar ki, 16 milyard avro təşkil edir. Sözügedən dəyişiklik həmçinin əvvəllər Ukraynada çalışmış tədqiqatçılara dəstək tədbirlərini də əhatə edir. Bundan əlavə, düzəlişlərdə Rusiya, Belarus və ya Ukrayna hökumətinin nəzarətində olmayan ərazilərdə qeydiyyatdan keçmiş hüquqi şəxslərin “Horizon Europe” proqramı tərəfindən dəstəklənən fəaliyyətlərdə heç bir şəkildə iştirak etmək hüququna malik olmadığı göstərilib. Müəyyən səbəblərə görə bəzi hallarda istisnalar mümkündür.
Daha çox öyrən
ÇOX OXUYUR
[popular_posts columns_xl=”4″ columns_l=”4″ columns_m=”3″]