Avropa Bacarıqlar İli: Aİ və Şərq Tərəfdaşlığı ölkələrində bacarıqların təşviqi diqqət mərkəzində
Avropa Günü kimi qeyd olunan mayın 9-da Avropa Komissiyası Brüsseldə Avropa Bacarıqlar İlinə rəsmi şəkildə start verib. Bir il ərzində Avropa ölkələrində müxtəlif tədbirlərin təşkili nəzərdə tutulub.
Avropa Bacarıqlar İli insanlara keyfiyyətli iş tapmaq üçün lazımi bacarıqlara yiyələnməyə və şirkətlərə ehtiyac duyduqları ixtisaslı işçiləri tapmağa kömək etməklə, Aİ-nin siyasətə dair müzakirələrinin əsasını təşkil edir. Mayın 9-da keçirilən Avropa Bacarıqlar İli Festivalı yerli, milli və Avropadakı maraqlı tərəfləri, eləcə də müxtəlif üzv dövlətlərdəki KİV-lər tərəfindən Aİ-nin bu sahədəki fəaliyyətinə diqqət cəlb etməyə yönəlib.
Aİ Şərq Tərəfdaşlığı ölkələrində, eləcə də əhali arasında bacarıqların inkişafına yönəlmiş müxtəlif layihələr, proqramlar və təşəbbüslər həyata keçirir. Aİ-nin bu fəaliyyətləri yaşıl və rəqəmsal iqtisadiyyata keçidlər kontekstində dayanıqlı inkişafa və innovasiyaların və rəqabət qabiliyyətinin inkişafına töhfə verir.
Avropa Bacarıqlar İlini qeyd etmək üçün “EU NEIGHBOURS east” proqramı may ayı ərzində xüsusi kampaniya həyata keçirir. Məqsəd Aİ-nin Şərq Tərəfdaşlığı ölkələrində fərdi şəxslər və şirkətlər üçün dəstəyi haqqında məlumatlılğı artırmaq, o cümlədən gənclərlə praktiki məsləhətlər paylaşmaq və onların bacarıqlarını təkmilləşdirməyin, habelə yeni bacarıqlara yiyələnməyin nə üçün vacib olduğunu izah etməkdir.
Aİ-nin təqdim etdiyi bu imkanlar haqqında daha ətraflı öyrənmək üçün Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukraynada sahibkarlıq, informasiya texnologiyaları, kommunikasiyalar, liderlik və demokratiya, yeni peşəyə yiyələnmək, ali təhsil və media savadlılığı sahələrini əhatə edən praktiki materiallara nəzər sala bilərsiniz.
Önümüzdəki həftələrdə Aİ-nin bacarıqların inkişafı proqramlarının benefisiarlarının təcrübələrini əks etdirən media tərəfdaşları ilə birgə hazırlanmış uğur hekayələri işıq üzü görəcək. Bununla yanaşı, “YEAs Magazine”-in bacarıqlara həsr olunmuş son buraxılışını və “EU NEIGHBOURS east” proqramının sosial media kanallarında Gənc Avropa səfirlərinin iştirakı ilə xaricdə təhsil almaq və ya iş tapmağa kömək edən Aİ ilə bağlı praktiki bacarıqlar haqqında videoçarxları qaçırmayın.
ÇOX OXUYUR
[popular_posts columns_xl=”4″ columns_l=”4″ columns_m=”3″]