Skip to main content
Avropa İmmunlaşdırma Həftəsi: Şərq Tərəfdaşlığı ölkələrində peyvəndlə bağlı məlumatlılıq diqqət mərkəzində
[featured_image_copyright]
Aprel 28, 2023

Avropa İmmunlaşdırma Həftəsi: Şərq Tərəfdaşlığı ölkələrində peyvəndlə bağlı məlumatlılıq diqqət mərkəzində


Aprelin 23-dən 29-dək Avropa İmmunlaşdırma Həftəsi çərçivəsində Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Şərq Tərəfdaşlığı ölkələrində xəstəliklərin qarşısının alınması və insanların həyatını qorumaq məqsədilə peyvəndlərin əhəmiyyəti barədə məlumatlılığı artırmağa çalışır. Sözügedən fəaliyyətlər Aİ ilə birgə icra olunan “Peyvəndlər həyat xilas edir – Şərq Tərəfdaşlığı ölkələrində COVID-19 virusuna qarşı peyvəndlərin çatdırılması və peyvəndləmə işinə dəstək” layihəsi çərçivəsində həyata keçirilir.

Bu il İmmunlaşdırma Həftəsində ÜST-nin baş qərargahı ilə birlikdə bir il davam edəcək kampaniyaya start verilib. Məqsəd pandemiya səbəbindən gecikmiş və ya buraxılmış poliomielit, qızılca və suçiçəyi kimi xəstəliklərə qarşı peyvəndlərin, eləcə də ən çox risk altında olan şəxslərə COVID-19 virusuna qarşı buster dozaların vurulmasının əhəmiyyətini vurğulamaqdır.

Aİ və ÜST-nin Avropa ofisi hazırda ÜST ilə birgə idarə olunan COVAX Fondu və Aİ-nin Peyvəndlərin Mübadiləsi Proqramı kimi qlobal və regional həmrəylik təşəbbüsləri vasitəsilə davam edən işi tamamlayan regional proqram çərçivəsində Şərq Tərəfdaşlığı regionundakı altı ölkədə (Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna) peyvəndlərə çıxışı təmin etmək üçün birgə proqramlar həyata keçirir. 

Proqramlar maddi-texniki planlaşdırma və koordinasiyaya, risklərlə bağlı kommunikasiyaya və ictimaiyyətlə əlaqələrə dair fəaliyyətlərə, peyvənd kampaniyalarında iştirak edən tibb işçilərinin təliminə və peyvəndlərin tədarükü zəncirinin idarə olunmasına dəstək verir. Bu işlərin ardınca peyvəndlərə dair məlumatların səmərəli şəkildə toplanmasına dəstək və peyvəndlərin təhlükəsiz şəkildə çatdırılmasına nəzarət edilir və bu, ümumilikdə müntəzəm immunlaşdırma sistemlərinin gücləndirilməsinə töhfə verir.

Azərbaycanda ÜST və Aİ ölkə daxilində insanlara immunlaşdırma xidmətlərini təşviq etmək üçün yerli səhiyyə tərəfdaşları ilə sıx əməkdaşlıq edirlər. 

Daha çox öyrən

Peyvəndlər həyat xilas edir – Şərq Tərəfdaşlığı ölkələrində COVID-19 virusuna qarşı peyvəndlərin çatdırılması və peyvəndləmə işinə dəstək

Avropa İmmunlaşdırma Həftəsi



ÇOX OXUYUR

[popular_posts columns_xl=”4″ columns_l=”4″ columns_m=”3″]


[related_news]
[yea_euprojectshortlist]

ƏLAQƏLİ

[posts_by_post_tax]

Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,