Skip to main content
Avropa İttifaqı Azərbaycanda COP29 öncəsi iqlim dəyişikliyinə həsr olunmuş Avropa məktəbi təşkil edib
[featured_image_copyright]
Avqust 13, 2024

Avropa İttifaqı Azərbaycanda COP29 öncəsi iqlim dəyişikliyinə həsr olunmuş Avropa məktəbi təşkil edib


6-8 avqust tarixlərində Azərbaycanın İsmayıllı rayonunun Basqal kəndində Avropa məktəbi (EuroSchool 2024) keçirilib. 18 iştirakçının qatıldığı tədbir çərçivəsində iqlim dəyişikliyi və noyabrda Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29 konfransı) həsr olunmuş bir sıra sessiyalar təşkil olunub. 

Avropa məktəbi Avropa İttifaqı (Aİ) və Azərbaycan arasında əlaqələrin gücləndirilməsi məqsədilə hər il keçirilir. İştirakçılar Aİ, onun tarixi, fundamental prinsipləri və dəyərləri, Şərq Tərəfdaşlığı təşəbbüsü, Aİ-Azərbaycan münasibətləri, xüsusilə də enerji və ətraf mühit problemləri ilə bağlı ətraflı məlumat əldə etmək imkanı əldə ediblər. 

Bundan əlavə, “EU NEIGHBOURS East” proqramının nümayəndələri iştirakçıları Gənc Avropa səfirləri şəbəkəsi (YEAs) ilə tanış ediblər. Bu şəbəkədə Aİ-yə üzv dövlətlərdən və Azərbaycan daxil olmaqla Şərq Tərəfdaşlığı ölkələrindən fəal gənclər toplanıb. Gənc Avropa səfirləri gənclərin iştirakının artırılması, Aİ tərəfindən maliyyələşdirilən imkanlar və iqlim dəyişikliyi ilə bağlı sessiyaların keçirilməsində fəal iştirak edərək tədbir iştirakçılarını YEAs şəbəkəsinə qoşulmağa həvəsləndiriblər. 

Tədbirin sonunda iştirakçılar Aİ və onun Azərbaycandakı fəaliyyəti barədə daha geniş təsəvvürə sahib olaraq sertifikatlarla təmin ediliblər. 

Bu, Aİ-nin Azərbaycandakı Nümayəndəliyi, EU NEIGHBOURS east layihəsi və Gənc Avropa səfirləri təşəbbüsü ilə birgə təşkil edilən yeddinci Avropa məktəbidir.



ÇOX OXUYUR

[popular_posts columns_xl=”4″ columns_l=”4″ columns_m=”3″]


[related_news]
[yea_euprojectshortlist]

ƏLAQƏLİ

[posts_by_post_tax]

Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,