Avropa Kodlaşdırma Həftəsi 2025: rəqəmsal savadlılıq, hesablama düşüncəsi və proqramlaşdırma
Bu il Avropa İttifaqının (Aİ) Kodlaşdırma Həftəsi 11-26 oktyabr tarixləri arasında təşkil olunacaq. Aİ Kodlaşdırma Həftəsi artıq 13-cü dəfə keçirilir.
Aİ Kodlaşdırma Həftəsi Avropa Komissiyasının bütün Avropa ölkələrində rəqəmsal savadlılıq, hesablama düşüncəsi və proqramlaşdırmanı təşviq etməyə yönəlmiş bir təşəbbüsüdür.
Aİ Kodlaşdırma Həftəsi təşəbbüsü gənclərin kodlaşdırma sahəsinə maraqlarını artırmaqla yanaşı, onları elm, texnologiya, mühəndislik və riyaziyyat (STEM) sahələrində karyera qurmağa təşviq edir. 2013-cü ildən etibarən keçirilən və milyonlarla insanın qatıldığı Aİ Kodlaşdırma Həftəsi kodlaşdırmanı hər kəs üçün əlçatan, inklüziv və əyləncəli edən bir hərəkata çevrilib.
Bu təşəbbüs çərçivəsində bu il də Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna daxil olmaqla bütün Aİ-yə üzv ölkələrdə yerli tədbirlər təşkil olunacaq. Tədbirlər arasında seminarlar, hakatonlar, kodlaşdırma sessiyaları və digər fəaliyyətlər yer alır. Təşəbbüsə minlərlə tələbə, təhsil işçisi, valideynlər, texnologiya sahəsinə maraq göstərən şəxslər və icmalar qoşulur.
Aİ Kodlaşdırma Həftəsi 2025 təşəbbüsünün rəsmi açılışı oktyabrın 13-də Avropa Parlamentində baş tutacaq. Tədbirdə Parlamentin Vitse-prezidenti Viktor Neqresku iştirak edəcək. Parlamentin İcraçı Vitse-prezidenti Henna Virkunnen də açılışda iştirak edərək Avropanın rəqəmsal gələcəyində kodlaşdırmanın və rəqəmsal bacarıqların əhəmiyyətindən danışacaq.
Qanunvericilər, təhsil işçiləri, bu sektorda fəaliyyət göstərən aparıcı şirkətlərin nümayəndələri və icma üzvlərinin iştirakı planlaşdırılan tədbir Aİ Kodlaşdırma Həftəsinin Youtube kanalında canlı yayımlanacaq.
Daha çox öyrənin
Kodlaşdırma həftəsinin səhifəsi
Tədbirinizi Kodlaşdırma Həftəsinin xəritəsinə əlavə edin
ÇOX OXUYUR
[popular_posts columns_xl=”4″ columns_l=”4″ columns_m=”3″]