Skip to main content
AYİB, Aİ və Bank Respublika Azərbaycan KOB-larını dəstəkləyəcək
[featured_image_copyright]
Noyabr 21, 2024

AYİB, Aİ və Bank Respublika Azərbaycan KOB-larını dəstəkləyəcək


Avropa Yenidənqurma  və İnkişaf Bankı (AYİB) Azərbaycanın aparıcı kommersiya banklarından biri olan Bank Respublika üçün 7,5 milyon ABŞ dolları (7 milyon avro) məbləğində yerli valyuta ilə kredit ayırıb. Bank Respublika bu vəsaitlərdən mikro, kiçik və orta ölçülü sahibkarlıq müəssisələrinin (MKOM-lar) dəstəklənməsi üçün istifadə edəcək.

Kredit haqqında müqavilə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində imzalanıb. Maliyyə vəsaiti Şərq Tərəfdaşlığı KOB-ların rəqabət qabiliyyətinin və inklüzivliyinin artırılması proqramı (SMECI) çərçivəsində təqdim ediləcək. Adı çəkilən proqram Avropa İttifaqı tərəfindən maliyyələşdirilir və məqsədi MKOM-ların layihələrinin uğurlu icrası üçün tələb olunan resurslara və bələdçiyə giriş imkanı əldə etmələrini təmin etməkdir.

“Bu maliyyələşdirmə paketi Azərbaycanda həyata keçiriləcək ilk SMECI layihəsidir. MKOM-ların maliyyə resurslarına çıxış imkanını artırmaqla AYİB, Aİ və Bank Respublika Azərbaycanın MKOM sektorunda dayanıqlığı formalaşdırmağa, özəl sektorun inkişafını və iqtisadiyyatın şaxələndirilməsini gücləndirməyə davam edir”, – AYİB-in mətbuat üçün açıqlamasında deyilir.

Daha çox öyrən

Mətbuat üçün açıqlama



ÇOX OXUYUR

[popular_posts columns_xl=”4″ columns_l=”4″ columns_m=”3″]


[related_news]
[yea_euprojectshortlist]

ƏLAQƏLİ

[posts_by_post_tax]

Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,