Skip to main content
AYİB Azərbaycanın mebel istehsalı şirkətinə kredit ayırıb
[featured_image_copyright]
Avqust 12, 2025

AYİB Azərbaycanın mebel istehsalı şirkətinə kredit ayırıb


Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) tərəfindən Azərbaycanın aparıcı mebel istehsalçısı olan Saloğlu şirkətinə yerli valyuta ilə 7 milyon ABŞ dollarına bərabər kredit ayrılıb.

Şirkətin rəqabət qabiliyyətini artırmaq məqsədi daşıyan bu kredit sayəsində onun Ağstafa rayonunda yerləşən istehsal müəssisəsi üçün yeni avadanlıqlar alınacaq və pərakəndə satış mağazaları təmir ediləcək.

2000-ci ildə təsis edilən Saloğlu şirkəti qonaq və yataq otaqları üçün yumşaq mebel dəstlərinin, eləcə də matras və masaların istehsalında ixtisaslaşıb. Bu şirkət həmçinin Türkiyə, İtaliya və ABŞ brendlərinin Azərbaycandakı distribütorudur.

Saloğlu şirkəti artıq uzun illərdir AYİB ilə əməkdaşlıq edir. İlk vaxtlarda sözügedən şirkət rəqabət qabiliyyətini artırmaq məqsədilə AYİB-in Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Kiçik sahibkarlıq müəssisələri üçün məsləhət proqramıKiçik biznesə təsir fondu çərçivəsində bu bankla çalışıb.

Davamlı inkişafa nail olduqdan sonra isə Saloğlu şirkəti AYİB-dən yerli valyuta ilə 4 milyon avroya bərabər kredit əldə edib və bununla da Ağstafa rayonunda enerjiyə qənaət edən istehsal müəssisəsi və paytaxt Bakıda anbar tikib.

AYİB Azərbaycanda aparıcı institusional investorlardan biridir və bu ölkədə iqtisadiyyatı şaxələndirmək və özəl sektoru inkişaf etdirmək üçün göstərilən səyləri dəstəkləyir. AYİB bu günə qədər ölkədə icra olunan 200-ə yaxın layihəyə 3,65 milyard avro investisiya ayırıb.

Daha çox öyrən

Mətbuat üçün açıqlama



ÇOX OXUYUR

[popular_posts columns_xl=”4″ columns_l=”4″ columns_m=”3″]


[related_news]
[yea_euprojectshortlist]

ƏLAQƏLİ

[posts_by_post_tax]

Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,