Skip to main content
AYİB COP29 çərçivəsində Azərbaycanın ən böyük günəş enerjisi layihəsinə maliyyə vəsaiti ayırıb
[featured_image_copyright]
Noyabr 20, 2024

AYİB COP29 çərçivəsində Azərbaycanın ən böyük günəş enerjisi layihəsinə maliyyə vəsaiti ayırıb


Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Asiya İnkişaf Bankı (AİB) və Asiya İnfrastruktur İnvestisiya Bankı (AİİB) ilə əməkdaşlıq çərçivəsində Azərbaycanda iki böyük günəş elektrik stansiyasının tikintisi layihəsi üçün investisiyalar ayırdığını elan edib.

Bu üç çoxtərəfli istiqamətdə fəaliyyət göstərən bankın hər biri Azərbaycanda iki günəş enerjisi elektrik stansiyasının tikintisi üçün 160 milyon ABŞ dolları vəsait ayıracaq.

Biləsuvarda 445 MVt və Neftçalada 315 MVt gücündə günəş elektrik stansiyaları Qafqazda bərpa olunan enerji sahəsində ən iri layihələr olacaq. Bu elektrik stansiyalarının 2027-ci ilə qədər istismara verilməsi planlaşdırılır.

“Biz Qafqaz regionunda bu günə qədər ən böyük günəş elektrik stansiyalarını maliyyələşdirməkdən məmnunuq. Bu stansiyalar hər il CO2 emissiyalarını 600 000 ton azaldacaq”,- AYİB-in Dayanıqlı İnfrastruktur Qrupu üzrə idarəedici direktoru Nandita Parşad deyib. “Eyni zamanda, bu əhəmiyyətli miqdarda investisiyalar 300 minə qədər evi “yaşıl” enerji ilə təmin edəcək və regionda bütün bərpa olunan enerji bazarını dəyişəcək”.

Daha çox öyrən

Mətbuat üçün açıqlama



ÇOX OXUYUR

[popular_posts columns_xl=”4″ columns_l=”4″ columns_m=”3″]


[related_news]
[yea_euprojectshortlist]

ƏLAQƏLİ

[posts_by_post_tax]

Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,