Skip to main content
AYİB və “Unibank” Azərbaycanda MKOM-ların maliyyələşməsini genişləndirmək üçün yenidən əməkdaşlığa başlayır
[featured_image_copyright]
May 5, 2025

AYİB və “Unibank” Azərbaycanda MKOM-ların maliyyələşməsini genişləndirmək üçün yenidən əməkdaşlığa başlayır


Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanın kommersiya banklarından biri olan “Unibank” üçün 10 milyon ABŞ dolları (8,8 milyon avro) məbləğində yerli valyuta ilə kredit ayırıb. Bu maliyyə vəsaiti adı çəkilən ölkədə fəaliyyət göstərən mikro, kiçik və orta ölçülü sahibkarlıq müəssisələrinə (MKOM-lar) kredit şəklində veriləcək.

Məqsəd aparıcı vasitəçi maliyyə təşkilatı ilə əməkdaşlıq çərçivəsində Azərbaycan müəssisələrinin rəqabət qabiliyyətini artırmaqdır. 

“Azərbaycanda sistem əhəmiyyətli bank olan “Unibank” ilə yenidən əməkdaşlığa başladığımız üçün çox məmnunuq. Bu kimi razılaşmalar iqtisadiyyat üçün mühüm əhəmiyyət kəsb edir”, – AYİB-in Azərbaycan üzrə rəhbəri Natali Mouravidze bildirib. “Bu maliyyə paketi ilə biz yerli sahibkarlıq müəssisələrinin inkişafına dəstək verməklə yanaşı, ölkənin maliyyə sektorunun kreditvermə qabiliyyətini gücləndiririk”.

AYİB həmçinin “Unibank”-a strategiyalar, məhsullar, o cümlədən MKOM-lara kreditlərin verilməsinin təkmilləşdirilməsi məqsədilə nəzarət prosesləri işləyib hazırlamağa kömək etməyi planlaşdırır. Bu tədbirlərə ətraf mühitin qorunması və sosial idarəetmə sisteminin hazırlanması daxildir.

Daha çox öyrən

Mətbuat üçün açıqlama



ÇOX OXUYUR

[popular_posts columns_xl=”4″ columns_l=”4″ columns_m=”3″]


[related_news]
[yea_euprojectshortlist]

ƏLAQƏLİ

[posts_by_post_tax]

Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,