Skip to main content
AYİB və Unibank Azərbaycanda ticarətin maliyyələşdirilməsini dəstəkləyəcək
[featured_image_copyright]
May 22, 2025

AYİB və Unibank Azərbaycanda ticarətin maliyyələşdirilməsini dəstəkləyəcək


Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) “Ticarətin maliyyələşdirilməsi proqramı” (TFP) çərçivəsində Azərbaycanda fəaliyyət göstərən Unibank üçün 4,4 milyon avro məbləğində ticarətin maliyyələşdirilməsi xəttini təsdiq edib. 

Bu ticarətin maliyyələşdirilməsi xətti üzrə müqavilə mayın 16-da AYİB-in Londonda keçirilən 2025-ci il üzrə İllik toplantısında imzalanıb.

Özəl şirkətlərin ixrac və idxal əməliyyatlarını dəstəkləməyə yönəlmiş yeni proqramın köməyilə Unibank beynəlxalq bank sistemi ilə ticarət əməliyyalatlarını daha da genişləndirəcək. 

AYİB-in Mərkəzi Asiya, Qafqaz və Türkiyə üzrə Maliyyə institutları şöbəsinin rəhbəri Corc Orlov bildirib: “Mən əminəm ki, bu tranzaksiya Unibank-a ticarətin maliyyələşdirilməsi sahəsindəki fəaliyyətini genişləndirməyə imkan verəcək və Azərbaycanda ixrac-idxal əməliyyatlarının inkişafına töhfə verəcək”.

“Bu tərəfdaşlıq Unibank-ın Azərbaycanın qeyri-neft sektorunu inkişaf etdirmək kimi strategiyasında mühüm rol oynayır”, – Unibank-ın Baş investisiya inzibatçısı Emin Rəsulzadə bildirib.

AYİB-in TFP proqramı hazırda 27 ölkədə icra olunur və 130-dan çox emissiya bankı, 800-dən artıq təsdiqləyici bankdan ibarət geniş şəbəkəni əhatə etməklə yerli banklar arasında əlaqələri gücləndirir, yeni bazarlara çıxışa və regionlararası əməliyyatların həyata keçirilməsinə şərait yaradır. AYİB TFP vasitəsilə yerli banklara təqdim olunan zəmanətlər vasitəsilə beynəlxalq ticarəti asanlaşdırır və yeni bazarlara çıxışı təşviq edir.

Daha çox öyrən

Mətbuat üçün açıqlama



ÇOX OXUYUR

[popular_posts columns_xl=”4″ columns_l=”4″ columns_m=”3″]


[related_news]
[yea_euprojectshortlist]

ƏLAQƏLİ

[posts_by_post_tax]

Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,