Skip to main content
Azərbaycan və Ermənistan liderləri Moldovada Şarl Mişel, Olaf Şolts və Emmanuel Makron ilə görüşüb  
[featured_image_copyright]
İyun 2, 2023

Azərbaycan və Ermənistan liderləri Moldovada Şarl Mişel, Olaf Şolts və Emmanuel Makron ilə görüşüb  


İyunun 1-də Avropa Siyasi İcmasının Sammiti çərçivəsində Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan, Fransa Prezidenti Emmanuel Makron və Almaniya Kansleri Olaf Şoltsla görüşüb. Sammit Kişinyovdan 35 km aralıda yerləşən Mimi Qəsrində təşkil olunub. 

“Bizim may ayında Brüsseldə müzakirə etdiyimiz bütün mövzuları – kommunikasiyalar, təhlükəsizlik və hüquqlar, sərhədlərin delimitasiyası və sülh müqaviləsinin imzalanmasını müzakirə etmək imkanımız oldu”, – Şarl Mişel görüşdən sonra bildirib və görüşün 21 iyul tarixinə Brüsseldə keçirilməsi planlaşdırılan növbəti görüş üçün “yaxşı hazırlıq” olduğunu qeyd edib.

O, həmçinin Azərbaycan Prezidenti İlham Əliyevi, Ermənistanın Baş naziri Nikol Paşinyanı, Almaniya Kansleri Olaf Şoltsu və Fransa Prezidenti Emmanuel Makronu Avropa Siyasi İcmasının İspaniyada keçiriləcək növbəti sammiti çərçivəsində görüşə dəvət etmək niyyətində olduğunu açıqlayıb. 

“Bu, o deməkdir ki, biz Aİ tərəfindən kömək etmək, yardım göstərmək, münasibətlərin normallaşması istiqamətində daha çox irəliləyiş əldə etmək üçün hər şeyi edəcəyik”, – deyə Şarl Mişel əlavə edib.

Daha çox öyrən

Mətbuat üçün açıqlama



ÇOX OXUYUR

[popular_posts columns_xl=”4″ columns_l=”4″ columns_m=”3″]


[related_news]
[yea_euprojectshortlist]

ƏLAQƏLİ

[posts_by_post_tax]

Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,