Skip to main content
Azərbaycanda EuroSchool 2025: bilik, mədəniyyət və əyləncəni özündə birləşdirən üçgünlük tədbir keçirilib
[featured_image_copyright]
Avqust 21, 2025

Azərbaycanda EuroSchool 2025: bilik, mədəniyyət və əyləncəni özündə birləşdirən üçgünlük tədbir keçirilib


12-14 avqust tarixləri arasında Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyi tərəfindən 8-ci dəfə təşkil olunan Avropa Məktəbində (EuroSchol) 18 Azərbaycanlı gənc iştirak edib. 

İsmayıllı rayonunda baş tutan üçgünlük tədbirin məqsədi interaktiv təlim və həvəsləndirici dialoq vasitəsilə gəncləri Avropa İttifaqı haqqında daha yaxından tanış etmək olmuşdur.

2025-ci il üzrə Avropa Məktəbi (EuroSchool 2025) gənclərin Aİ-nin tarixi, fundamental dəyərləri və əsas tərəfdaşlıqlarına dair biliklərini dərinləşdirmək üçün unikal bir platforma rolunu oynayıb. Aİ-Azərbaycan münasibətləri, Şərq Tərəfdaşlığı təşəbbüsü, enerji və ətraf mühit problemləri, o cümlədən dezinformasiya ilə mübarizə ilə bağlı məsələlər xüsusilə diqqət mərkəzində olub.

Tədbir dəvət edilmiş mütəxəssislər Əhməd Əlili və Seymur Kazımov tərəfindən keçirilib. Gənc Avropa səfirləri də öz bilik və təcrübələrini iştirakçılarla bölüşüblər. Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbər müavini, Siyasi, Mətbuat və İnformasiya şöbəsinin rəhbəri Gediminas Varanavicius sürətlə dəyişən qlobal mühitdə Aİ-nin perspektivləri və qarşısında duran məsələlər barədə fikirlərini bölüşüb.

Maraqlı sessiyalar və dərin müzakirələrdən başqa, iştirakçılar İsmayıllı rayonunun tarixi Basqal qəsəbəsini ziyarət etmək imkanı əldə ediblər. 

Tədbirin sonunda iştirakçılara Aİ-nin Azərbaycandakı səfiri Peter Mixalko tərəfindən imzalanmış sertifikatlar təqdim olunub.

Daha çox öyrən

Mətbuat üçün açıqlama



ÇOX OXUYUR

[popular_posts columns_xl=”4″ columns_l=”4″ columns_m=”3″]


[related_news]
[yea_euprojectshortlist]

ƏLAQƏLİ

[posts_by_post_tax]

Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,