Skip to main content
Bakıda COP29: Aİ davamlı qlobal iqlim fəaliyyətini və iddialı maliyyə və investisiya məqsədlərinin təşviqini dəstəkləyəcək 
[featured_image_copyright]
Noyabr 12, 2024

Bakıda COP29: Aİ davamlı qlobal iqlim fəaliyyətini və iddialı maliyyə və investisiya məqsədlərinin təşviqini dəstəkləyəcək 


Noyabrın 11-də Azərbaycanın paytaxtı Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) öz işinə başlayıb və 22 noyabr tarixinədək davam edəcək. Avropa İttifaqı bu qlobal tədbirdə qlobal istiləşmənin mümkün qədər 1,5°C-də məhdudlaşdırılmasına yönəlmiş Paris Sazişinin məqsədlərinə nail olmaq üçün beynəlxalq tərəfdaşlarla çalışacaq. 

“İqlim dəyişikliyi sərhəd tanımayan və Avropa boyunca və bütün dünyada həyat və gəlir mənbələrinə durmadan zərər vuran problem olaraq qalır”, – Avropa Komissiyasının mətbuat üçün açıqlamasında deyilir.

Aİ-nin İqlim Fəaliyyəti üzrə Komissarı Vopke Hoekstra ittifaqın COP29-da danışıqlar qrupuna rəhbərlik edir. Aİ-nin Energetika üzrə Komissarı Kadri Simson və İnnovasiyalar, Tədqiqat, Mədəniyyət, Təhsil və Gənclər üzrə Komissar İliana İvanova Vopke Hoekstraya qoşulacaqlar.


COP nədir? Niyə iqlim dəyişikliyi bütün dünya üçün belə aktual problemdir? Aİ Şərq Tərəfdaşlığı ölkələrində bu sahədə hansı işləri görür? “EU NEIGHBOURS EAST” səhifəsində izahedici materiallaraPlanetə qayğı adlı xüsusi səhifəyə baxın. 


COP29-da Paris Sazişini imzalayan tərəflər qlobal maliyyə axınlarının sözügedən sazişə daha da uyğun olmasını təmin etməli və İqlim sahəsində Maliyyə üzrə Yeni Kollektiv Kəmiyyətləşdirilmiş Məqsədin (NCQG) qəbulu vasitəsilə investisiyaların yatırılmasına imkan yaratmalıdırlar. Hal-hazırda Aİ iqlim sahəsində ən böyük beynəlxalq maliyyə təminatçısıdır və 2023-cü ildə 28,6 milyard avro dövlət maliyyə vəsaitinin ayrılmasına və tullantı qazların emissiyalarının azaldılmasında və iqlim dəyişikliyinin təsirlərinə uyğunlaşmaqda inkişaf etməkdə olan ölkələri dəstəkləmək üçün əlavə olaraq 7,2 milyard avro qeyri-dövlət maliyyə vəsaitinin səfərbər edilməsinə töhfə vermişdir.

Builki danışıqlarda digər əsas element keçən il Dubay şəhərində razılaşdırılan və fosil yanacaq növlərindən bərpa olunan enerji mənbələrinə keçidi, bərpa olunan enerji mənbələrinin inkişafına ayrılan sərmayələrin üçqat artırılmasını və 2030-cu ilədək enerjinin səmərəliliyi üzrə tədbirlərin ikiqat artırılmasını nəzərdə tutan qlobal enerji məqsədlərini təsdiqləməkdir. Danışıqlarda Aİ-ni təmsil edən nümayəndələr gələn il bütün tərəflər tərəfindən təqdim olunacaq Milli səviyyədə müəyyənləşdirilmiş töhfələr üzrə iddialı gözləntilər təyin etməyə çalışacaqlar. Bundan əlavə, Aİ-nin danışıqlar qrupu Paris Sazişinin 6-cı maddəsinə uyğun olaraq beynəlxalq karbon bazarlarına dair danışıqları yekunlaşdırmaq üzərində işləyəcək.

Daha çox öyrən

Mətbuat üçün açıqlama



ÇOX OXUYUR

[popular_posts columns_xl=”4″ columns_l=”4″ columns_m=”3″]


[related_news]
[yea_euprojectshortlist]

ƏLAQƏLİ

[posts_by_post_tax]

Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,