Skip to main content
COP29: AİB Bakı metropoliteninin müasirləşdirilməsinin planlaşdırılmasında Azərbaycana dəstək verəcək
[featured_image_copyright]
Noyabr 15, 2024

COP29: AİB Bakı metropoliteninin müasirləşdirilməsinin planlaşdırılmasında Azərbaycana dəstək verəcək


Avropa İnvestisiya Bankının (AİB) Qlobal Mexanizmi və Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bu gün Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Anlaşma Memorandumu imzalayıblar. Anlaşma Memorandumuna əsasən, hər iki tərəf Bakının metropoliten şəbəkəsinin təkmilləşdirilməsi, genişləndirilməsi və müasirləşdirilməsi layihəsinin hazırlanması və tam qiymətləndirilməsi üçün birlikdə işləyəcəklər.

1967-ci ildə Azərbaycan Sovet İttifaqının tərkibində olarkən fəaliyyətə başlayan Bakının metropoliten şəbəkəsi bir gündə təxminən 620 000-630 000 nəfəri daşıyır. Bu, Azərbaycanın yeganə metro sistemidir və nəzərdə tutulan yenilənmə və genişləndirmə işləri sərnişin sayını artırmaq və əhalisi təxminən 2,4 milyon olan Bakıda nəqliyyatın sıxlığını azaltmaq məqsədi daşıyır.

“Bakı metropoliteninin genişləndirilməsi şəhərdə ətraf mühitə, eləcə də sakinlərin həyatına müsbət təsir göstərəcək, çünki Bakıda hərəkət etmək daha asan və sürətli olacaq”, – Avropa Komissiyasının Qonşuluq və Genişlənmə Danışıqları üzrə Baş direktoru Qert Yan Kupman bildirib.

Daha çox öyrən

Mətbuat üçün açıqlama



ÇOX OXUYUR

[popular_posts columns_xl=”4″ columns_l=”4″ columns_m=”3″]


[related_news]
[yea_euprojectshortlist]

ƏLAQƏLİ

[posts_by_post_tax]

Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,