Skip to main content
Dağlıq Qarabağ: Aİ Laçın dəhlizinin bağlanması ilə bağlı narahatlığını ifadə edib
[featured_image_copyright]
İyun 28, 2023

Dağlıq Qarabağ: Aİ Laçın dəhlizinin bağlanması ilə bağlı narahatlığını ifadə edib


Avropa İttifaqının iyunun 23-də açıqladığı bəyanatda İyunun ayının 15-dən etibarən Laçın dəhlizinin demək olar ki, tamamilə bağlanması “çox narahatedicidir” deyilir.

Dəhlizin bağlanması “birbaşa yerli əhalinin güzəranını təhdid edir və potensial humanitar böhranla bağlı ciddi narahatlıq yaradır”, – Aİ-nin bəyanatında vurğulanır.

Bəyanatda Aİ-nin son bir neçə həftə ərzində Azərbaycan və Ermənistan arasında artan gərginliyi, iki ölkənin beynəlxalq sərhədlərində gündəlik silahlı toqquşma hadisələrinin qeydə alındığını və Qarabağ təmas xəttində də analoji insidentlərin baş verdiyini diqqətlə izlədiyi qeyd olunub.
“Aİ sonuncu yüksək səviyyəli görüşlərdən sonra gərginliyin azaldılmasına və qarşılıqlı məqbul həll yollarının tapılmasına kömək etmək üçün ən yüksək siyasi səviyyədə iştirakını davam etdirir”, – bəyanatda qeyd olunub.

Aİ tərəfindən Azərbaycan və Ermənistan liderləri ilə sonuncu yüksək səviyyəli görüşlər mayın 14-də  Brüsseldə və Avropa Siyasi İcmasının Sammiti çərçivəsində iyunun 1-də Kişinyovda təşkil olunub. Aİ və adı çəkilən iki ölkə arasında növbəti üçtərəfli görüşün iyulun 21-də keçirilməsi planlaşdırılır. 

Daha çox öyrən

Mətbuat üçün açıqlama



ÇOX OXUYUR

[popular_posts columns_xl=”4″ columns_l=”4″ columns_m=”3″]


[related_news]
[yea_euprojectshortlist]

ƏLAQƏLİ

[posts_by_post_tax]

Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,