EaPConnect: Bakıda keçiriləcək “EaPEC 2022” konfransına qeydiyyat başlayıb
28-29 sentyabr 2022-ci il tarixlərində Bakıda 5-ci Şərq Tərəfdaşlığı Elektron İnfrastruktur Konfransı (EaPEC 2022) keçiriləcək. Tədbir “EaPConnect” proqramı çərçivəsində təşkil olunur.
Konfransa Azərbaycanın tədqiqat və təhsil şəbəkəsi olan AzScienceNet ev sahibliyi edir.
“EaPEC 2022”-də elm, bulud texnologiyası, kibertəhlükəsizlik, rəqəmsal təhsil, təhsil, elektron səhiyyə, Yerin müşahidəsi, rəqəmsal humanitar elmlər, İKT və innovasiyalar və şəbəkələşmə sahələri diqqət mərkəzində olacaq.
Konfransda EaPConnect və başqa proqramlardan tədqiqat və inkişaf sahəsində çalışan normayaradan şəxslər, tədqiqat təşkilatlarının rəhbərləri, şəbəkələşmə, yüksək fəaliyyət göstəricilərinə malik hesablama və informasiya texnologiyaları üzrə ekspertlər iştirak edəcək.
Daha çox öyrən
ÇOX OXUYUR
[popular_posts columns_xl=”4″ columns_l=”4″ columns_m=”3″]