Erasmus+ haqqında podkast: uğur hekayələri və faydalı ipucuları ilkin mənbədən öyrənin
Aİ tərəfindən maliyyələşdirilən Erasmus+ proqramı haqqında yeni podkast təqdim olunub. Bu podkast proqramda iştirak etməkdə maraqlı olan hər kəs üçün bələdçi rolunu oynayacaq.
“Erasmus+ revealed” adlı səkkiz epizoddan ibarət bu podkast ingilis dilindədir və proqramın daha az tanınan cəhətlərinə yönəlmişdir. Podkastda Erasmus+ proqramı və onun imkanları ilə bağlı tez-tez verilən suallara aydın və qısa cavablar verilib.
İstər tələbə, istər müəllim, istərsə də təhsilin hər hansı forması ilə maraqlanan təşkilat olmağınızdan asılı olmayaraq, “Erasmus+ revealed” podkastı vasitəsilə adı çəkilən proqram haqqında daha geniş məlumat ala biləcəksiniz.
İlk epizodda Avropa Komissiyasının təhsil, gənclər, idman və mədəniyyət departamentinin (DG EAC) baş direktoru Pia Ahrenkilde-Hansen ilə müsahibə yer alıb. O, proqramın qısa tarixi, onun əsas məqsədləri və iştirak qaydaları haqqında danışıb.
Siz həmçinin Erasmus+, gənclər üçün iştirak imkanları və Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Ukraynada bacarıqlarınızı necə inkişaf etdirəcəyinizə dair izahedici materiallara baxmaq üçün “EU NEIGHBOURS East” proqramının Shape Your Future səhifəsinə baxa bilərsiniz.
Daha çox öyrən
ÇOX OXUYUR
[popular_posts columns_xl=”4″ columns_l=”4″ columns_m=”3″]