Skip to main content
EU4Business: Şərq Tərəfdaşlığı ölkələrindəki KOB-lara dəstək 950,6 milyon avro əlavə gəlir və 27 313 yeni iş yeri ilə nəticələnib
[featured_image_copyright]
Avqust 22, 2025

EU4Business: Şərq Tərəfdaşlığı ölkələrindəki KOB-lara dəstək 950,6 milyon avro əlavə gəlir və 27 313 yeni iş yeri ilə nəticələnib


Aİ tərəfindən maliyyələşdirilən EU4Business təşəbbüsü çərçivəsində ümumi regionda və hər bir ölkə üzrə keçən ilin əsas nəticələrinin ümumi icmalını əks etdirən Şərq Tərəfdaşlığı (ŞT) ölkələri üzrə “Vətəndaşların xülasəsi 2025” adlı hesabat dərc edilib.

2024-cü ildə Şərq Tərəfdaşlığı ölkələrində EU4Business təşəbbüsü çərçivəsində 80 146 KOB dəstəklənib və bu, əlavə olaraq 950,6 milyon avro qazanc, 120 763 yeni iş yeri, həmin KOB-ların ticarət dövriyyəsinin 10,6%, ixrac həcminin isə 9,8% artması ilə nəticələnib.

Azərbaycanda 7038 KOB EU4Business təşəbbüsü tərəfindən dəstəklənib və bu, əlavə olaraq 40,4 milyon avro qazanc, 10 167 yeni iş yeri, həmin KOB-ların ticarət dövriyyəsinin 18,7%, ixrac həcminin isə 6,4% artması ilə nəticələnib.

Nəticə etibarilə Avropa İttifaqının EU4Business təşəbbüsü Şərq Tərəfdaşlığı ölkələri olan Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Ukraynada Aİ-nin dəstəyindən faydalanan KOB-lara xidmət edir. Proqram KOB-ları maliyyə mənbələrinə çıxış imkanının yaxşılaşdırılması, biznes sahəsində normativ-hüquqi aktların təkmilləşdirilməsinin təşviqi, biznesə dəstək xidmətləri və ticarət üzrə imkanlar vasitəsilə dəstəkləyir.

Daha çox öyrən

Vətəndaşların xülasəsi 2024: Şərq Tərəfdaşlığı

Vətəndaşların xülasəsi 2024: Azərbaycan



ÇOX OXUYUR

[popular_posts columns_xl=”4″ columns_l=”4″ columns_m=”3″]


[related_news]
[yea_euprojectshortlist]

ƏLAQƏLİ

[posts_by_post_tax]

Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,