Skip to main content
EU4Climate: Aİ və BMTİP Azərbaycanda iqlim dəyişikliyi mövzusunda simpozium təşkil edib
[featured_image_copyright]
Aprel 20, 2023

EU4Climate: Aİ və BMTİP Azərbaycanda iqlim dəyişikliyi mövzusunda simpozium təşkil edib


Avropa İttifaqı (Aİ), Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) və Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə Bakıda yerləşən Müasir Təhsil Kompleksində iqlim dəyişikliyinin təsirinin azaldılması və uyğunlaşma tədbirləri üzrə simpozium təşkil edilib. 

Simpozium yuxarı sinif şagirdlərinə iqlim dəyişikliyinin təsirinin azaldılması və uyğunlaşma tədbirləri ilə bağlı tədqiqat layihələrini nümayiş etdirmək üçün bir platforma rolunu oynayıb. 

Simpoziumda “Gələcək Burada Başlayır” mövzusunda məktəblər arasında keçirilmiş müsabiqənin iştirakçılarının hazırladığı layihələr təqdim olunub. Müsabiqədə 13 məktəbdə təhsil alan yüzə yaxın məktəbli iştirak edib və qaliblər simpoziumda mükafatlandırılıb. 

Tədbir Aİ-nin maliyyələşdirdiyi EU4Climate layihəsi və Yaşıl İqlim Fondu tərəfindən maliyyələşdirilən Milli Uyğunlaşma Planı çərçivəsində təşkil olunub. Hər iki layihə BMTİP tərəfindən həyata keçirilir.  

Aİ və Azərbaycan hökuməti arasında güclü tərəfdaşlığın bir hissəsi olan EU4Climate proqramı çərçivəsində Avropa İttifaqı Paris Sazişinə uyğun olaraq ölkənin milli səviyyədə müəyyən edilmiş töhfələrini yeniləmək və genişləndirmək öhdəliyi və emissiyaların azaldılması və iqlimə davamlı tədbirləri milli inkişaf planına inteqrasiya etmək, eləcə də iqlim dəyişikliyi üzrə qanunvericiliyini Aİ standartlarına uyğunlaşdırmaq üçün milli imkanlarını artırmaq istiqamətində gördüyü tədbirlər baxımından Azərbaycanı dəstəkləyir”- Aİ-nin Azərbaycandakı səfiri Piter Mixalko bildirib.  

Daha çox öyrən

Mətbuat üçün açıqlama



ÇOX OXUYUR

[popular_posts columns_xl=”4″ columns_l=”4″ columns_m=”3″]


[related_news]
[yea_euprojectshortlist]

ƏLAQƏLİ

[posts_by_post_tax]

Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,